COVID-19-dan sonra yaranan allergik reaksiyalar

COVID-19-dan sonra yaranan allergik reaksiyalarSon iki ildir ki, həyatımıza daxil olan yeni növ koronavirus (COVID-19) pandemiyası özündən sonra insanların sağlamlığında bir çox xoşagəlməz hallar yaradıb. Belə ki, virusdan sağalan xəstələr ağırlıq dərəcəsindən asılı olmayaraq bəzi allergik problemlərlə üzləşirlər.
Milli.Az xəbər verir ki, həkim-terapevt Nazilə Babayeva deyib: "Allergiya deyəndə onu törədə biləcək yad hissəcik nəzərdə tutulur. Bu, bitki və ya heyvan mənşəli toz da, məişət tozu da, hər hansı bir mikroorqanizm, yəni bakteriya, virus, yaxud göbələk də ola bilər. Koronavirus infeksiyası özü virus mənşəli infeksiya olduğuna görə, virus orqanizmə daxil olandan sonra allergiyaya oxşar əlamətlər müşahidə edilə bilər".
Qeyd edək ki, COVID-19 xəstəliyindən sonra yaranan allergik reaksiyalara qarşı müalicə kursu allerqoloqlar tərəfindən aparılır. Müsahibimizin dediyinə görə, COVID-19-dan sonra müxtəlif nahiyələrdə qaşınma, öskürəyin davam etdirməsi, atopik dermatitlər, yəni əllərdə allergik yaraların artması müşahidə olunur: "Oxşar əlamətlər olsa da, fərqləndirici xüsusiyyətlər də var. Məsələn, allergik reaksiyalarda allergenlərlə təmasda olanda həmin əlamətlər ön plana meydana çıxır. Bu, ya asqırma, ya öskürək, burun seliyinin, göz suyunun axması, dəridə müxtəlif xarakterli səpgilər şəklində özünü büruzə verir. COVID isə virus mənşəli infeksiya olduğuna görə intoksikasiya əlamətləri ön plana çıxır. Yəni bədən temperaturunun yüksəlməsi, ümumi bədən və ya əzələ ağrıları şəklində özünü göstərir".
Koronavirus infeksiyası və COVID-19 pandemiyasının müalicəsində virus əleyhinə preparatlar, antibiotiklər və vitaminlərdən istifadə olunur. Həkim-terapevt mövsümü allergik reaksiya yaşayanlar, dərmanlara qarşı həssaslığı olanların COVID-a qarşı peyvənd olunması ilə əlaqədar bildirib: "Ağac və bitkilərin çiçəklənən, tozlanan vaxtı allergiya əlamətləri çox kəskin şəkildə özünü büruzə verdiyinə görə həmin dövrdə peyvənd təyin olunması əks göstərişdir. Proses bir qədər sakitləşsə, müəyyən müalicələr nəticəsində göstəricilər bir qədər endikdən, xəstəni narahat edən şikayətlər azalandan sonra peyvənd təyin edilə bilər".
Mütəxəssislər COVID-19-dan sonra allergik reaksiya yaşayanların həkimə müraciət etməyini məsləhət görürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1174   Tarix: 21 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qadin sayti geyim şəkilləri yay geyimləri 2026 pehriz dəri və saç mantılar hakışta xınayaxdı sözləri kosmetika uzeyir rus dilini öyrənək toy gecesı usaq seirleri hekaye janri