COVID-19-un müalicəsində bir ilk - Dəvədən alınan antikorlar...
ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları COVID-19 virusunun müalicəsində yeni bir ilkə imza atıblar.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, tədqiqatçılar koronanın müalicəsi üçün lamadan aldıqları "Cormac" adlı nano antikorlarını sınaqdan keçiriblər.
Aparılan tədqiqat lamadakı nano antikorların COVID-19-a qarşı təsirli olduğunu aşkarlayıb. Həmin antikorlardan insanlar üçün burun və ya astma spreyi kimi istifadə etmək olar.
Tədqiqatı aparan elm adamları bildiriblər ki, lama, alpaka və dəvə kimi heyvanlarda tapılan "NIH-CoVnb-112" antikorları insan antikorlarına nisbətən kiçik, həm də 10 qat güclüdür.
Laboratoriya təcrübələri göstərir ki, "Cormac" adlı lamadan alınan nano antikor COVID-19-a səbəb olan SARS-CoV-2 zülalına yapışaraq onu təsirsiz hala gətirir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq