COVID-19 vaksini təhlükəlidir? - Türkiyəli professor AÇIQLADI

COVID-19 vaksini təhlükəlidir? - Türkiyəli professor AÇIQLADI"Peyvənd olunmamaq etibarlı deyil. Vaksinlə əlaqəli risklər çox azdır, gözə alına biləcək risklərdir. Ancaq hazırda xəstəliyə yoluxmaq və ölüm riski daha çoxdur".
Milli.Az xəbər verir ki, bunu Türkiyədə Elmi Komitənin üzvü professor Tevfik Özlü deyib.
Vaksinasiya ilə bağlı tərəddüdlərin anlaşılan olduğunu söyləyən professor vaksin vurulduqdan sonra insanların daha rahat olacağını söyləyib: "Əvvəlcə səhiyyə işçiləri peyvənd olunacaq. Ətrafımızda olanlar bunu görəndə əmin olacaqlar. Əlbətdə, vaksindən zərər görmə ehtimalı da var. Hər vaksində bu ola bilər. Hazırda illərdir istifadə olunan lisenziyalı peyvəndlər belə əks-təsir göstərə bilir. Ancaq bunlar milyonda, on milyonda bir ehtimaldır. Bu qədər aşağı ehtimaldan qorxmaq və COVID-19 təhlükəsini görməməzlikdən gəlmək olmaz".
Koronavirusa qarşı hazırlanmış peyvəndlərin ciddi və ümumi bir yan təsiri olmadığını vurğulayan Tevfik Özlü qeyd edib ki, hazırda Türkiyədə hər gün 250 nəfər bu xəstəlik səbəbindən dünyasını dəyişir: "Vaksinasiya olmazsa, bu ölümlər davam edəcək. Buna məhəl qoymamaq, qarşısını almamaq, əlinizdə imkan olsa belə onu istifadə etməmək və bu ölümləri dayandırmamağın bir bəlası var. Peyvəndlənmənin riski çox az, ancaq peyvənd olunmamağın təhlükəsi daha çoxdur. Vaksinlərin etibarlı olduğuna inanıram".
COVID-19 peyvəndinin on minlərlə insana tətbiq olunduğunu və bunun ciddi bir yan təsiri olmadığını ifadə edən professor əlavə edib ki, həyatda risk olmayan bir iş yoxdur: "Bundan sonra yoluxa biləcəyinizi soruşsanız, olacaq, ancaq çox nadir bir yan təsirləri olacaq. Bunu gözə almayacaqsınızsa, həyatda heç bir şey edə bilməzsiniz. Təyyarəyə minə bilməzsiniz, çünki təyyarənin qəzaya uğraması ehtimalı var. Yolda qəza ehtimalı olduğuna görə avtomobilə də minə bilməzsiniz. Aspirin belə qəbul edə bilmərsiniz, çünki aspirin içəcəyiniz halda qanaxmadan ölmə ehtimalınız var. Həyatda hər şey risklidir. Bəzi riskləri isə gözə almalıyıq. Peyvəndlə əlaqəli risklər çox azdır, amma xəstələnmək və ölmək riski bu anda daha böyükdür". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1551   Tarix: 28 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi