COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ

COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİCOVID-19 virusu bütün dünyada yayılmağa davam edir. Bəzi mütəxəssislər pandemiyanın daha da artması ilə bağlı qorxulu proqnozlar verirlər.
Publika.az rusiyalı ekspertlərin virusun gələcək taleyi barədə proqnozlarını təqdim edir:
Tibbi Parazitologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, RAS-nin müxbir üzvü Aleksandr Lukaşev bildirib ki, Çində koronavirus infeksiyası epidemiyası azalmaqdadır. Ekstremal epidemiya əleyhinə tədbirlər öz nəticəsini verib.
"Digər koronavirusların mülayim iqlimi olan ölkələrdə qışda artdığı, yayda azaldığı məlumdur. Ancaq payıza qədər virus yenidən baş qaldıra bilər. Müxtəlif variantlar mümkündür. Çinin Rusiyaya peyvənd yaratmaq və sınamaq üçün lazım olan koronavirus ştam nümunəsini təqdim etdiyinə dair hələ bir sübut yoxdur. Hər halda müasir texnoloji imkanlar payıza qədər peyvənd yaratmağımıza imkan verir. Ancaq sınaqdan keçirmə və tətbiqetmə sürəti infeksiyanın yayılma təhlükəsinin dərəcəsindən asılı olacaq", - professor Lukaşev qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi, epidemioloq Ayra Lincini statistik modelə əsaslanaraq bildirib ki, dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxacaq.
Seçenov Universitetinin Sağlamlıq İdarəetmə Məktəbinin professoru Artyom Gil isə bu proqnozu rədd edib:
"Məncə, belə bir proqnoz məqbul görünmür. Koronavirus infeksiyası hallarının bu nisbətə çatmasının mümkünsüz olmasının lehinə bir neçə ciddi arqument mövcuddur".
Professor səbəblərini aşağıdakı arqumentlərlə əsaslandırıb:
1. Proqnoz müəlliflərinin modeli əslində çox sadələşdirilib. Yalnız bir göstərici nəzərə alındı: "COVID-19 olan bir xəstənin nə qədər sağlam insanı yoluxdurması". Mövcud məlumatlara görə, bu əmsal təxminən 2,2-dir, bu nisbətə əsasən 5 xəstə 11 sağlam insanı yoluxdura bilər. Say statistik alqoritmə daxil edilir və çox qorxunc bir rəqəm - ümumi əhalinin üçdə ikisi əldə edilir.
2. İkincisi, belə bir hesablama modelinin dezavantajları - infeksiyanın yayılmasına mane olan ən vacib amilləri nəzərə almamasıdır. İlk növbədə bunlar karantin tədbirləri və sərnişin daşımalarının, həm də insanların hərəkətinin məhdudlaşdırılmasıdır. Məhz bu tədbirlər böyük effektivlik göstərmiş və 2002-2003-cü illərdə SARS-nin yayılması üzərində qələbəyə töhfə vermişdi.
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ3. Üçüncüsü, infeksiyanın yayılmasının qarşısını alan başqa bir üsuldur - dünyada insanların tətbiq etdiyi fərdi qorunma tədbirləridir. Bu, tibbi maskaların taxılması, tez-tez əllərin yuyulması, otaqların və səthlərin sanitarlaşdırılması, ünsiyyətin məhdudlaşdırılmasıdır.
4. Dördüncüsü, əksər tənəffüs virus infeksiyalarının mövsümi, tsiklik xarakter daşımasıdır. SARS dalğavari hərəkət edir: payızda, qışda, yazın əvvəllərində yayılır, yayda azalır. Eynilə Çinin Quandon əyalətində 2002-ci ilin noyabr ayında başlayan və 2003-cü ilin iyununda sona çatan SARS xəstəliyi kimi. İnfeksiyaların tsiklik inkişafına havanın temperaturu, rütubət, ultrabənövşəyi radiasiyanın intensivliyi, immunitetin vəziyyəti, qan plazmasında D vitamininin konsentrasiyası və digər amillər təsir edir. Bir sözlə, infeksiyanın yayılması proqnozların qorxulu rəqəmlərindən əhəmiyyətli dərəcədə az olacaq.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1936   Tarix: 01 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

sac duzumleri geyim necə seçməli yay kolleksiyasi maskalar saç üçün ləkə üçün maskalar 2026 payiz qis debi bayatilar vetene aid kosmetika brusell bakteriyası cantalar rəksanə olumu vətənə aid atalar sözləri