Çox dadlı göbələk qəlyanaltısı

Göbələk çox dadlı və faydalı məhsuldur. Qida dəyərinə görə göbələklər ətdən geri qalmırlar.
Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.
Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozulmaları zamanı çox xeyirlidir.
Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.
Göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir.
Sizə çox dadlı və asan göbələk qəlyanaltısı reseptini təqdim edirik.
Lazım olan məhsullar
- iri şampinyonlar - 10 dənə
- pendir (rossiyskiy, holland pendiri) - 150 qr
- xama - 2 xörək qaşığı
- soğan - 1 baş
- sarımsaq - 1 diş
- duz, istiot (zövqə görə)
- bitki yağı (tavaya çəkmək üçün)
Hazırlanma:
1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq.
Çox dadlı göbələk qəlyanaltısı2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.
b_400_280_16777215_0___images_stories_METBEX_gobelek2.jpeg
3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.
Çox dadlı göbələk qəlyanaltısı4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.
Çox dadlı göbələk qəlyanaltısı5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.
Nuş olsun!
Mənbə: www.hozoboz.com
Çox dadlı göbələk qəlyanaltısıÇox dadlı göbələk qəlyanaltısı

Mətbəx     Baxılıb: 4139   Tarix: 04 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

turlar.az

geyim dəbləri yemek reseptleri yay geyimləri 2026 döşləri necə böyütmək olar kökəlməyin yolları saca xina qoymaq qaydasi alin yazisi xanim qafarova kosmetika atalar sözləri yumurta rus dilini öyrənək burclerin uyumu bürcler