Çox yaşamaq üçün nə yemək lazımdır?

Çox yaşamaq üçün nə yemək lazımdır?Əksər mütəxəssislər sağlamlığın 50 faizinin düzgün qidalanmadan asılı olduğunu deyir. Üstəlik, hər yaşın öz pəhriz xüsusiyyətləri var.
Publika.az "kp.ru"ya istinadən xəbər verir ki, Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") mütəxəssisləri yaşlı insanların düzgün qidalanmasının qızıl prinsiplərindən bəhs edib. Onlar rasionda ilk növbədə kalorili qidaları azaltmağı tövsiyə edib.
1. Kalorinin azaldılması
Yaşla əlaqədar olaraq bədənin enerji istehlakı azalır, odur ki, 60 yaşdan yuxarı insanlarda gündəlik kalori miqdarı qadınlar üçün 1800 kkal, kişilər üçün 2200 kkal olmalıdır.
2. Vitaminlərə nəzarət edirik
• Antioksidant maddələr xüsusilə vacibdir: E, C vitaminləri və karotenoidlər. Onları narıncı tərəvəzlərdə tapa bilərsiniz.
• C vitamininin təbii mənbələrinə etibar edin: itburnu çayı, portağal, bolqar bibəri, qarağat, cəfəri, yaşıl soğan.
• B qrupu vitaminləri orqanizm üçün vacibdir. Onlar çörəkdən, dənli bitkilərdən əldə edilir: qarabaşaq yarması, yulaf unu, darı; süd məhsulları və balıq.
3. Zülala diqqət yetirin
Yaşa dolduqca bədənin tərkibi dəyişir - yağ nisbəti çoxalır, əzələ kütləsi isə azalır. Əzələ kütləsini çox tez itirməmək üçün kifayət qədər protein istifadə etməlisiniz. Yağsız balıq, süd və yumurta ağını seçin.
• Gümüş yaşda olan insanlar üçün (evliliyin 25-ci ili) tövsiyə olunur:
Həftədə 2-3 yumurta, yumşaq qaynadılmış və ya omlet.
• Az yağlı ət, quş əti və balıq. Gündə 1 porsiya ilə məhdudlaşdırılmalıdır, çünki bu qidalar podaqraya səbəb ola biləcək purin əsasları ilə zəngindir.
Həftədə 1-2 dəfə ətsiz günlər təşkil etmək məsləhətdir.
4. Osteoporozun qarşısını almaq üçün kalsium qəbul edin
Gündəlik 100 q yağsız kəsmik yeyin.
10 - 30 q az yağlı duzsuz pendir. Fermentləşdirilmiş süd məhsulları xüsusilə faydalıdır - kefir, qatıq, asidofil. Bunlarda bağırsaq mikroflorasının normal tərkibini qoruyan laktik turşu basillusu var.
5. Şirniyyatı məhdudlaşdırın
Yaşlı insanların pəhrizində gündə 300 q-dan çox karbohidrat olmamalıdır. Meyvə, giləmeyvə və bala üstünlük verin.
6. Duzu azaldın
Günlük norma 5 q-a qədərdir. Zövqə görə yeməklərə ədviyyat, göyərti, limon və s. əlavə edə bilərsiniz.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2318   Tarix: 18 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

hamiləlik kosmetoloq qis geyimləri 2026 asan ariqlamagin yollari atalar sözləri veten haqqinda makiyaj uşaq psixologiyası kosmetika efsane novruz hakista rus dili 2ci ders hakışda vidyolar