Cücərmiş kartof ziyanlıdırmı?
Kartofun rəng dəyişdirərək, cücərməsini əlbəttə hamımız görmüşük. Bəs bu kartofun qabığındakı cücərmə hansı səbəbə baş verir?
Deyerler.org bildirir ki, günəş altında və ya yüksək rütubətə malik şəraitdə uzun müddət saxlanılan kartofların rəngi sarıdan yaşıl rəngə çevrilir. Bu göyərmə kartofda, bütün yaşıl bitkilərdə olan xlorofilin artdığını göstərir.
Kartof qabıqlarının bəzi hissələrində görülən yaşıl rənglər əslində normaldır, bitkilərdə xlorofilə görə bu cür ləkələr yarana bilər. Ancaq məsələ kartof olduğu üçün solanin maddəsi işə başlayır.
Bir qismi və ya hamısı yaşıl rəngə bürünmüş kartoflar, solanin maddəsi səbəbilə zəhərlənmə təsiri verə bilər. Kartofda yaşıl rəngin sıxlığı artdıqca zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin yaranması əvvəlcə qabıqdan başlayır. Müəyyən müddətdən sonra dərinə doğru irəliləyərək, kartofun hamısını əhatə edir.
Solanin zəhərlənməsinin insanlarda ortaya çıxardığı reaksiyalar arasında ürək bulanması, baş ağrısı, qarın ağrısı, ishal və qusma sayıla bilər. Şiddətli reaksiyalar arasında isə iflic, koma və ya hallyusinasiya sayıla bilər. Yaşıl kartof hissələrinin acı dada malik olması səbəbindən çox insan və heyvan onu udmur.
Əgər kartof tamamilə yaşıldırsa və ya dadı acıdırsa, birbaşa zibilə atmaqda fayda var. Əgər yaşıl nöqtələr kiçikdirsə, yaşıl olan hissəni bıçaqla kəsib kartofu istifadə etmək olar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi