Daban çatlarından qurtulmaq üçün ideal TƏBİİ VASİTƏLƏR
Ən çox yayılan dəri problemlərindən biri də çatdır. Xüsusən də daban nahiyəsində yaranan çatlar ağır fəsadlar yarada bilər. Çatlar dərinləşdikcə isə qanaxma və infeksiyaya səbəb olur.
Publika.Az xəbər verir ki, daban çatları ən çox quru dəridə yaranır. Odur ki, yay mövsümünədək ideal dəri, xüsusən dabana sahib olmaq istəyirsinizsə, bu vasitələrdən istifadə edin.
Zeytun yağı
Pambıq diskləri zeytun yağına batırıb, problemli nahiyəni 10-15 dəqiqə ərzində masaj edin. Sonra isə pambıq corab geyinib, bir saat gözləyin.
Yaxud 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon (lavanda yağı) qarışdırın, eyni qaydada istifadə edin.
Limon şirəsi
Limon suyu da dərini təmizləyir, rəngini gözəlləşdirir, həmçinin ölü hüceyrələri bərpa edir.
Limon suyu ilə dərini siləndən sonra mütləq yuyub, krem çəkin.
Dəriniz əvvəlki hamarlığına qovuşanadək proseduru hər gün təkrarlayın.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi