Dadlı ancaq zərərli qidalar
Pendir: Ucuz qiymətə satılan pendirlər bəzən faydalı olmaya bilər. Bəzi "fast food" məhsullarında da ucuz qiymətə alınan pendirdən istifadə edilir. Pendir alarkən etibarlı yerdən almağınız məsləhət görülür. Ancaq keçi pendiri sağlamlıq üçün daha faydalıdır. Çünki 30 qram keçi pendirində 76 kalori və 5 qram zülal var.
Yumşaq ağ çörək: Ağ undan hazırlanmış bir dilim çörəkdə olan kalori dəyəri 65-dən çoxdur. Sadə və sürətli şəkildə həzm olunan ağ çörək tərkibində karbohidrat olduğu üçün qan şəkərini yüksəldə bilir. Bunun yerinə eyni kaloriyə sahib olan kəpəkli çörək yesəniz 2 qram lif, zülal, selenium, maqnezium və kalium kimi faydalı qida maddələri qazanarsınız.
Qısa müddətdə hazırlanan makaronlar (əriştə): Ölkəmizdə son zamanlar geniş istifadə olunan plastik qablarda və ya paketlərdə satılan yalnız isti su ilə hazırlanan makaronlar sağlamlığımız üçün təhlükəlidir. Çünki tərkibində yüksək miqdarda natrium maddəsi var. Bu maddə yüksək təzyiq, ürək xəstəlikləri, iflic və böyrək kimi bir çox təhlükəli xəstəliklərə səbəb olur. Əgər həmin makaronların olduğu plastik qaba isti su tökülərsə, bu zaman xərçəng xəstəliyinə səbəb ola biləcək kimyəvi maddələr ortaya çıxar. Bunun yerinə evdə qaynadılan makaronu pendirlə və ya pomidor sousu ilə qarışdırıb sağlam şəkildə qidalanmaq daha faydalıdır.
Qızardılmış kartof: Restoranda yediyiniz 170 qram qızarmış kartofda 570 kalori var. Bunun yanında bir ədəd böyük hamburger də yesəniz 670 kalori və 39 qram yağ qəbul etmiş olarsınız.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir