Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən HƏYƏCAN SİQNALI

Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən HƏYƏCAN SİQNALIKoronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha yoluxucu variantı tezliklə Almaniyada da dominant ştamma çevrilə, onun yayılmasını saxlamaq çətinləşə bilər. Bunu martın 5-də Robert Kox İnstitutunun rəhbəri Lotar Vieler deyib.
Onun sözlərinə görə, hazırda B117 variantı Almaniyadakı yoluxmaların 40 faizindən də artığını təşkil edir. Cəmi dörd həftə öncə bu, 6 faizə yaxın idi. "B117-nin tezliklə Almaniyada dominant variant olacağı görünür və o zaman virusu nəzarətdə saxlamaq daha çətin olacaq. Çünki B117 bütün yaş qrupları üçün daha yoluxucu və daha təhlükəlidir",-Lotar Vieler bildirib.
Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən HƏYƏCAN SİQNALIQeyd edək ki, hazırda koronavirusun üç yeni mutasiyası dünyada yayılmaqdadır. Bunlardan biri Britaniya ştammı, digərləri Braziliya və Afrika ştammları hesab edilir. Braziliya ştammı da daha yoluxucu və ölümcüldür. Bu ölkədə virusdan ölənlərin sayı hələ də yüksək olaraq qalmaqdadır. Ötən gün açıqlanıb ki, Çinin "Sinovac" vaksininin Braziliya ştammına qarşı təsiri praktiki olaraq yoxdur və bu pereparat virusa qarşı antitellər yarada bilmir.
Bu arada virusun dünyanı bürüməsindən bir ildən də çox vaxt keçdiyi bir vaxtda hələ də onun mənşəyini müəyyən edə bilmirlər. Yanvarda beynəlxalq ekspertlər qrupu Çinə səfərə getdi. Buna baxmayaraq, dünya COVID-19-un mənşəyini bilməyə qətiyyən yaxın deyil. Bunu da "Reuters" agentliyi pandemiya üzrə yeni təhqiqat aparmağa çağıran açıq məktub müəlliflərindən birinə istinadla yazır.
Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən HƏYƏCAN SİQNALI"Bir il öncəylə müqayisədə indi heç irəli getməmişik", – Avstraliyadakı Flinders Universitetində vaksinlər üzrə ekspert Nikolay Petrovski deyib. Martın 4-də dərc olunmuş açıq məktubu 26 qlobal ekspert imzalayıb.
Yanvarda Dünya Səhiyyə Təşkilatının (DST) seçdiyi alimlərdən ibarət missiya Çinin mərkəzindəki Vuhan şəhərinə yollandı. Koronavirusun məhz həmin şəhərdə peyda olduğu bildirilir.Amma missiya tənqid olunur, DST Çinin siyasi təsir altında olan ekspedisiya işləri və datasına həddən artıq etibar etməkdə suçlanır.
Missiya üzvləri deyirlər ki, Çin COVID-19-un ilk dəfə aşkarlanandan aylar öncə yayıldığını göstərə biləcək datanı verməyib. Açıq məktubda o da qeyd olunur ki, DST missiyasının COVID-19-un mənşəyi üzrə nəzəriyyələrin hamısını "hərtərəfli və məhdudiyyətsiz araşdırmağa mandatı, müstəqilliyi, gərəkən çıxışı olmayıb".
"Bütün imkanlar masa üstündə qalır və biz hələ onların hamısının kənarda qaldığı yeganə müstəqil elmi araşdırma görməmişik", – Petrovski vurğulayıb.
DST missiyasının Vuhana səfərinin yekun brifinqində missiya rəhbəri Piter Ben Embarek virusun Vuhanda laboratoriyadan sızması ehtimalını istisna etməyə çalışıb.Amma Petrovski deyir ki, həmin ehtimalı çıxdaş etməyin "heç bir mənası yoxdur"."Bizə açıq beyin lazımdır və əgər biz çox həssas hesab olunduğu üçün bəzi cığırları bağlayırıqsa, elm bu cür işləyə bilməz", – o vurğulayıb. (virtualaz.org) /publika.az

Sağlamlıq     Baxılıb: 1645   Tarix: 06 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

toy gecesi hamiləlik sade makiyaj sekilleri diş ağrısı kətələr dunyanin en seksual qadinlari kələm salatı kosmetika sağlamlığın sirleri ariqla tapmaca novruz hakisdalari gulmeli hakista