DAŞLARDAN BİRİNİ SEÇ VƏ KİM OLDUĞUNU ANLA! DOĞRU TEST!

DAŞLARDAN BİRİNİ SEÇ VƏ KİM OLDUĞUNU ANLA! DOĞRU TEST!İnsan xarakterini müəyyən etmək üçün müxtəlif növ sınaq vasitələri var. Bunlardan biri də insanların qiymətli daşlara olan bağlılığıdır.

Təqdim etdiyimiz testdə, qiymətli daşlara görə xarakterinizi müəyyən edə bilərsiniz.

Fotodakı daşlardan birini seçin. Hansı daha çox xoşunuza gəlir? Daş seçiminiz sizin haqda çox şey deyəcək.

1. Mirvari

Əgər seçiminiz mirvaridirsə, siz çox qürurlu adamsınız. Ağıllı olmaqla yanaşı, həm də yardımsevərsiniz. Sizin evinizdə həmişə hər şey qaydasında və səliqəli olur. Siz sakit təbiətli, mülayim və yüz ölçüb, bir biçən tiplərdənsiniz.

2. Yaqut

Əgər yaqut xoşunuza gəlirsə, deməli, siz dəlisov, çılğın və enerjili adamsınız. Siz həmişə həyəcanı necə tapacağınızı, necə əylənəcəyinizi yaxşı müəyyən edirsiniz.

Enerjiniz çox olsa da, onun böyük hissəsini yel dəyirmanları ilə mübarizəyə həsr edirsiniz…

3. Brilyant

Seçimi almaz olan adamlar güclü, qərarlı və qürurlu olur. Bu insanlar ətrafdakılara həyat eşqi və mübarizə aşılayırlar.

4. Mavi topaz

Seçiminiz mavi topazdırsa, siz təbiətcə çox sakit, səbirli və mülayimsiniz. Bu tip insanlar ən xırda şeylərdən zövq ala, asanlıqla xoşbəxt ola bilirlər.

5. Peridot

Əgər bu daşı seçmisinizsə, sizin üçün həyatda ən önəmli şey öz "mən"iniz və onun axtarışıdır. Siz öz daxilinizlə harmoniyaya çox böyük önəm verirsiniz.

6. Akvamarin

Siz okeanı çox sevirsiniz. Ətrafınızdakılar sizi şəfqətli və hər kəsi dinləməyə hazır olan biri kimi tanıyır.

Bununla yanaşı, siz enerji dolu, digərlərinin problemlərinə can yandıran, laqeydlikdən uzaq birisiniz. Tez-tez darıxırsınız.

7. Mavi almaz

Mavi almazı emosional, duyğusal adamlar sevir. Sizin sevib-sevilməyə böyük ehtiyacınız var. Onu da qeyd etmək lazımdır ki, sizin intuisiyanız çox güclüdür. O, nadir hallarda yanıla bilir.

8. Sitrin

Əgər qiymətli daşların arasından sitrini seçdinizsə, deməli, siz yaradıcı insansınız. Ətrafdakılara münasibətdə olduqca istiqanlı, mehriban, ürəyiaçıqsınız. Adətən, bu daşı seçən insanlar münasibətlərdə ideal partnyor olur.

9. Çəhrayı turmalin

Turmalini, adətən, həssas və kövrək insanlar seçir. Bu tip insanlar olduqca düzgün, səmimi və təmizürəkli olurlar. Lakin bu o demək deyil ki, turmalini seçən insanlar zəif xarakterlidirlər. Bu daşı seçən şəxslər özlərindən çıxanda onları sakitləşdirmək olmur.

10. Ametist

Siz olduqca ağıllı, müsbət enerjili və təmkinlisiniz. Ametist daşını seçən şəxslər olduqca güclü xarakterə malik olurlar. Onların yolunu heç nə kəsə bilməz.

Maraqlı     Baxılıb: 4848   Tarix: 26 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

aksessuarlar toy makiyajlari toy makiyaji sekilleri hicab baglamaq usaq oyuncaqlari stresin elametleri saglamliq kosmetika qaynana bedii edebiyyat rus dili 2ci ders terezi şəkərbura