"Dava olub, anası uşağını da götürüb atası evinə gedib..." - Salyanda 17 yaşlı qızın QƏTLİ

"Dava olub, anası uşağını da götürüb atası evinə gedib..." - Salyanda 17 yaşlı qızın QƏTLİSalyanın Xurşud kəndində atası tərəfindən öldürülən 18 yaşlı Fərqanə Əsədovanın ailəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

F.Əsədovanın 4-cü sinifdə oxuyan qardaşı Əflatun Əsədovun təhsil aldığı Xurşud kənd M.Salmanov adına ümumi orta məktəbin direktoru Ülviyyə Mirzəyeva Sonxeber.az-a danışıb.

O, açıqlamasında F.Əsədovanın adı çəkilən məktəbdə təhsil almadığını bildirib.

Onun sözlərinə görə, Əsədovlar ailəsindən yalnız Əflatun Əsədov Xurşud kənd M.Salmanov adına ümumi orta məktəbində təhsil alır:

"Onlar bizim kənddə yaşamayıblar. İl yarımdır ki, Xurşud kəndinə rayonun Arbatan kəndinin ərazisinə yaxın Qalalı yaşayış massivindən köçüblər. Bizim məktəbimiz 9 illik olduğundan F.Əsədovanın burda təhsil alması qeyri-mümkündür. Əflatun 3 gündür dərsə gəlmir, evlərində yasdır. Dərsə bir neçə gün də gəlməsə gedib onunla maraqlanacağıq. Amma dərsə davamiyyəti yaxşı idi. Anası uşağı ilə atası evinə gedib. Ortancıl qız olan F.Əsədova həm evlərinə həm də nənəsigilə gedib-gəlirdi. Ancaq evdə qalırdı. Onlar ailədə 3 oğlan və iki qızdırlar. Əsədovlar ailəsi dərsdən yayınan uşaqlardır. F.Əsədovanın ümumiyyətlə təhsil aldığını eşitməmişəm", Ü.Mirzəyeva deyib.

Qeyd edək ki, dünən Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Əsədova atası tərəfindən qətlə yetirilib.

Aparılan ilkin araşdırmalarla məlum olub ki, qız qətlə yetirilib və ilk olaraq qızın kiçik qardaşı bacısını öldürdüyünü deyib. Lakin sonradan qanlı cinayətin Fərqanənin atası, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu tərəfindən törədilməsi müəyyənləşib.

Bildirilir ki, Əsədovlar ailəsində bir müddət imiş ki, problemlər yaşanırmış. Bir neçə gün əvvəl evin xanımı həyat yoldaşı ilə dalaşaraq evi tərk edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib və dünən qızı ilə mübahisə edən 41 yaşlı kişi ona bir bıçaq zərbəsi endirərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Maraqlı     Baxılıb: 3231   Tarix: 02 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme