Daxili orqanları görən RENTGEN QIZ: Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA - FOTO

Son günlər "rentgen qız" adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir:
"Mənim sanki iki cür görmə qabiliyyətim var. Bir insanın sağlıq durumunu öyrənmək istəyirəmsə, həmin an nəzərimi ona yönləndirəm. Prosesin özü mənim üçün heç də çətin deyil, bu haqda düşünməyim kifayət edir. Vücudun daxildən hansı templə çalışdığını görür, zədəli orqanları müəyyən edirəm. İzah etməkdə çətinlik çəkirəm. Buna inanmaq bir az çətindir. Rentgen "gözüm" günün işıqlı saatlarında qüsursuz işləsə də, qaranlıqda kor olur. Maraqlısı odur ki, öz orqanizmimi daxildən heç vaxt görməmişəm".
Publika.az xəbər verir ki, 2004-cü ildə dünya şöhrətli "Discovery Channel" Natalyanın qabiliyyətini yoxlamaq üçün onunla bir təcrübə aparıb. Lakin bu təcrübə uğursuzluqla nəticələnib. KİV-lər isə fenomen Nataşanın tibbi avadanlıqlardan və mütəxəssislərdən daha dəqiq diaqnoz qoyduğunu iddia edirlər.
"Rentgen qız"ın tarixçəsi
Nataşanın valideynləri iddia edirlər ki, bu bacarıq onda hələ 10 yaşında özünü göstərməyə başlayıb. Qeyri-adi qabiliyyəti sayəsində öz əhatəsində böyük maraqla qarşılanan yeniyetmə qız, vaxt keçdikcə ölkə mediasının diqqətini çəkir. Az keçmir ki, Naraşanı Britaniyaya şou proqramlara dəvət etməyə başlayırlar. Verilişlərin birində Natalya avtomobil qəzasında ciddi xəsərət alan bir jurnalistin sümüklərindəki bütün qırıq və çıxıqları dəqiqiliklə qeyd edir.
Beləcə, "rentgen qız" ABŞ mütəxəssislərinin diqqətini cəlb edir və o Nyu-Yorka dəvət alır.
Burada onu elmi institutların məşhur professorları, mütəxəssisləri qarşılayırlar.
Nataşanın qarşısına 7 şəxs gətirilir. Bu insanlar, kor bağırsaq, mədə, ürək əməliyyatı keçirənlər, eləcə də kəllə, onurğa sümükləri bərpa olunan xəstələr idilər. Lakin bu şəxslərin yalnız birinın sağlığında heç bir problem yox idi. Nataşanın anasının iddialarına baxmayaraq, qızı 7 nəfərdən sadəcə 4-nə doğru diaqnoz qoya bilir. Qəribəsi o idi ki, "rentgen qız" kəllə sümüyündə metal disk olan xəstənin bu qüsurunu görmürdü. Həmçinin təcrübə zamanı Nataşanın tərcüməçisi qismində iştirak edən rəfiqəsinin ona gizli sms göndərib, xəstələrin əsas problemləri barədə məlumat ötürdüyü də iddia edilirdi. Lakin hakimlər bütün prosesin yalandan ibarət olmadığını və Nataliyanın qeyri-adi bacarığa malik olduğunu vurğulayaraq, onu dəyərləndirməyi üstün tutdular.
"Rentgen qız" isə ona qarşı bu münasibətdən narahat olaraq: "Mən heç vaxt eyni anda 7 xəstəni birdən qəbul etməmişəm. Fikir dağınıqlığım normal hal idi. Həmçinin o məkanda hökm sürən aura da diqqətimi cəmləməyimə mane oldu.
Lakin bu uğursuzluq onun taleyini həll etmir və Nataşa bacarığı ilə milyonları özünə heyran qoymağa nail olur. O, dəfələrlə yanlış diaqnoz qoyulan xəstələrin həyatını xilas edib. Bu gün Natalya Dyomkina rus xalqının qüruru sayılır. O, ekstrasenslərin beynəlxalq yarışlarından mükafatlarla ölkəsinə dönür. İnsanlar etiraf edirlər ki, "dahi qız" "ikinci gözlərini" açanda sanki başqa dünyaya köklənir, göz bəbəkləri hədəqəsindən çıxacaqmış kimi fikrə dalır və bir müddət sonra problemli orqanın adını çəkir.
Natalyanın valideynləri övladları ilə qürur duyduqlarını və onu hər zaman dəstəklədiklərini vurğulayırlar.

Saglamolun.Az
Daxili orqanları görən RENTGEN QIZ: Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA - FOTODaxili orqanları görən RENTGEN QIZ: Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA - FOTO

Maraqlı     Baxılıb: 3352   Tarix: 19 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

gelinlikler makiyaj instagram geyim və ayaqqabılar dirnaq ucun maskalar qadin sayti qarabasaq kotleti xiyar tursusunun hazirlanmasi qaydasi kosmetika eqreb usaq seirleri qardasa aid haxistalar xanim az qiz evi haxista