Dəbə uyğunlaşım deyərkən öldülər!

Dəbə uyğunlaşım deyərkən öldülər!Xanımlar dəbi tarix boyu dəbi izləyirlər. Amma bəzən dəbə uyğunlaşım deyərkən onun qurbanına çevrilirlər. Dəbə uyğunlaşmaq istəyən xanımların ölüm hallarına da rast gələ halları tez-tez yaşanıb.

1. Tel çevrəli qabarıq ətək

Dəbə uyğunlaşım deyərkən öldülər!Xüsusilə 19-cu əsrdə yaşamış qadınlar üçün ətəklərinin altında nəhəng bir qəfəslə gəzmək adi bir vəziyyət idi. Qəfəs dediyimiz, alt-alta genişlənərək davam edən dairəvi tellərdən ibarət idi. At tükü, tel və iplərdən ibarət olan daxili ətəklər ( "crinoline") o dövrdə qadın modasının görünməz qəhrəmanları olub. Bu, geyən adamın arxasını daha böyük, belini daha incə göstərməyə yarayırdı.

Bu moda əlamətinin necə ölümə yol aça biləcəyi maraq edirsinizsə söyləyək: Belinə bərkidilmiş nəhəng dairəvi tel ətək bir yelkənli gəmidə möhkəm külək olanda qadını sahildən dənizə sürükləyib, qadın dənizdə boğulub.

1863-cü ildə Santiyaqoda meydana gəlmiş bir kilsə yanğınında 2000-3000 adam həyatını itirib. Faciəvi, amma ölü sayının bu cür böyük olmasında tel ətəklər də əhəmiyyətli rol oynamışdı. Yanğın bir lampa üzündən pərdələrdən birinin alovlanması ilə başlayıb. Kilsədən qaçmağa çalışan insanlar isə qadınların nəhəng ətəklərinin yaratdığı maneəyə ilişiblər. İnsanlar çölə çıxmaq istəsələr də tel ətəkli bir çox qadın qapıda yığılmış, ilişib qalmış və çıxışı qeyri-mümkün hala gətirmişdilər.

2. Nəhəng başlıqlar

Dəbə uyğunlaşım deyərkən öldülər!17-ci və 18-ci əsrdə Fransada qadınlar arasında məşhur olan bir moda başlara bu nəhəng başlıqları taxdırırdı. Başlıqlar tük, kiçik papaqlardan ibarət olurdu.

Bu günahsız nəhəng başlıqlar öz başlarına zərərsiz kimi görünsələr də şamdanlarla dolu bir salonda olduqca təhlükəli bir hal alırdılar. Başlıqların ibarət olduğu ləvazimatlar yanmağa xeyli uyğun olduğundan o dövrdə başlığı şama toxunaraq alovlanmış qadınların çox olduğu bildirilir. Tarixdə Von ilte adlı bir qadının başlığının alovlanması nəticəsində üzünü, boynunu və əllərini yandırdığı deyilir.

Bu başlıqların necə ortaya çıxdığına dair isə belə bir hekayə var: 14-cü Luisin məşuqələrindən Marie Angglique də Scorailles padşahla bərabər ata mindiyi gün şapkasını itirir. Ata minərkən saçlarının dağılıb üzünü bağlaması təhlükəli olacağından bir lentlə saçlarını toplayır. Bu, kralın xoşuna gəlir. Ardından Marie Angélique də Scoraillesi knyaginya təyin edir və knyaginya qədər havalı olmaq istəyən fransız qadınları onun lent modasını təqib etməyə başlayır. 18-ci əsrdə isə Marie Antoinettenin nəhəng saç modelləri dövrün məşhur mədəniyyətinin göstəricilərindən sayılır.

3. Gülləni makiyaj vəsaiti olaraq istifadə etmək

Dəbə uyğunlaşım deyərkən öldülər!Bu günkü makiyaj vəsaitlərinə zərərli deyirsinizsə bir də bunu dinləyin: Yunanıstanda 1920-ci illərə qədər birbaşa güllədən istehsal edilmiş pudralar və ya losyonlar makiyaj niyyətilə üzə vurulurdu. Güllə zəhərlənməsi də insanı yavaş-yavaş öldürən bir şeydir. Bu səbəbdən insanların bədənində güllənin yığılıb öldürücü hala gəlməsi artırdı. O ana qədər isə baş ağrıları, iştah kəsilməsi, beyində və sinir sistemində zərərlər, ağızdan heç getməyən bir metal dadı, iflic kimi əlamətlər göstərirdi.

1760-cı ildə irlandiyalı Marie Gunning güllə makiyajından öldüyü rəsmiləşdirilən ilk adam oldu. Bundan tam yeddi il sonra Kitty Fisher adlı bir qadın oyunçu eyni səbəbdən həyatını itirdi. 1878-ci ildə isə güllədən edilmə bu kosmetik məhsullarını satan Madame Rachel güllə zəhərlənməsindən öldü.

4. Korset

Dəbə uyğunlaşım deyərkən öldülər!"Bir fikrim var. Belə bir moda edək ki, qadınların başıyla ayaqları arasındakı bütün qan axışını kəssin. "

Korseti kim tapdısa, əlbəttə məqsədi bu deyildi, amma korset modası sərhədlləri aşınca nəticə bu oldu. Qadınların korsetlərini gərəyindən çox sıxaraq bədənlərini bir qum saatına çevirmələri, daxili orqanlarını məhv edir, nəfəs almalarını gçətinləşdirirdi. Nəticədə qabırğalardan birinin qırılması asanlaşırdı. Qırılan qabırğa da daxili orqanlarda qanamağa səbəb ola bilirdi.

Parodiya edən Cozef Hennella 1912-ci ildə çox sıxdığı korseti səbəbindən səhnədə yıxılaraq həyatını itirmişdi. 1903-cü ildə başqa bir qadın iki korset telinin ürəyinə batması nəticəsində həyatını itirib.

5. Sərt yüksək yaxalıq

Dəbə uyğunlaşım deyərkən öldülər!Bu, 19-cu əsrdə moda olmuş taxıb çıxarıla bilən xüsusi yüksək yaxalıq modeli olub. " Yaxalıq adam öldürürərmi heç?" deməyin. Şüursuz əllərdə özü qorxunc bir silaha çevrilə bilər. Necə? Məsələn, yuxuya gedən bir sərxoşun başı önə düşür və sərt yüksək yaxalığı səbəbindən nəfəsi kəsilir. Ya da çox möhkəm olması səbəbiylə beyinə oksigen getmir. 1800-cü illərin sonunda bir adam çıxarkən yaxalığının sərt olması səbəbindən az qala ölürdü.

Gözəllik və Moda     Baxılıb: 2991   Tarix: 13 yanvar 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

reseptler qis geyimləri 2026 maskalar qadın kosmetika küftə reseptləri evim interyer evde manikur nece edilir kosmetika novruz hakisdalari vətən haqqında bayatı kahfe falı cinsi elaqe sevgi