Dəbli ol! Bu çox asandır

Dəbli ol! Bu çox asandırDizayner Karl Laqerfeld yalnız öz geyim kolleksiyaları ilə deyil, kino və estrada ulduzlarının ünvanına dediyi kəskin sözlərlə də məşhurdur. O, kifayət qədər sərt formada bəzi məşhurların zövqsuzlüyünü vurğulayıb. Ancaq dizayneri qane etmək üçün 8 əsas qaydanı aydın etmək mümkün olub.

Qədd-qamətlilik

Bədəninizə diqqət etmək üçün kifayət qədər vaxt ayırın. O, qamətli, dartılmış olmalıdır. Birincisi, bu estetik görünür. İkincisi, demək olar ki, bütün dizaynerlərin kolleksiyaları qamətli insanlar üçün hazırlanıb.

Makiyajı az edin

Gözəllik – böyük gücdür. Amma təbii gözəllik isə bu dünyanı xilas edəcək. Minimum makiyaj – sağlam və parlaq dərinin sübutudur. Həmçinin burada vaxta da qənaət etmiş olursunuz.

Mövsümün zonası

Geyim seçərkən, hansı fəsil, hansı ay olduğunu unutmayın. Qışda şortda gəzmək, dəb və seksual görünüşdən çox gülməli obraz yaradacaq.Yayda xəz geyinmək də ağılasığmazdır. Yaz və yay- parlaq və nəzəri cəlb edən geyimlərin mövsümüdür. Odur ki, özünüzü və günəşli dünyanı bəzəyin!

Hər şey çox sadədir

Kim deyib ki, hər əldə 55 qolbağ dəbli olmaqdır. Afrika qəbilələrinin təmsilçilərinə bənzəmək lazım deyil. Az aksesuar, əyinə yaxşı oturmuş paltar - və sən ən yuksəkdəsən!

Qara – heç də matəm demək deyil

Qara rəng həmişə dəbdə olub və olacaq. Heç bir məşhur dizayner kolleksiyasında qara rəng çaları olmadan keçinə bilməz. O, başqa rəng çalarları ilə ideal uyğunlaşır, obraza əla qəmət və seksuallıq əlavə edir.

Fiquranın növləri

Geyimləri bədən fiquranızın növlərinə görə seçin. Geyim nə qədər gözəl olsa da , əgər sizə yaraşmırsa, onu elə mağazada qoyub getməniz məsləhətdir. Hər xoşunuza gələni əynizə oturtmağa çalışmayın. Gülməli görünəcək və yaxud da cəsarətinizi ifadə edək. Amma sizcə buna dəyərmi?

Ətrafdakıları təəccübləndirin

Adət etdiyiniz çərçivədən çıxmağa qorxmayın. Əgər ətrafdakılar göy cins geyinirsə, siz yaşıl rənglisini seçin. Qoy hər kəs təəccüblənsin və sizin gözəl zövqünüzə heyran olsunlar.

Düzgün həyat tərzi seçin

Həmişə yaxşı görünmək istəyirsiniz? Bunun üzərində daim çalışmaq lazımdır. Özünüz qərar verin: yumşaq darçınlı bulkalar, yoxsa ideal bədən?

Gördüyünüz kimi, dəbli olmaq o qədər də çətin deyil. Bu qaydaları yadda saxlayın və ətrafinizdakı insanlarla bölüşün. Gəlin bünyanı bir yerdə bəzəyək!

Zümrüd Cavadova

Gözəllik və Moda     Baxılıb: 2933   Tarix: 01 may 2015
f Paylaş

Oxşar xəbərlər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

turlar.az

sade makiyaj sekilleri sac duzumleri geyim seçimi uşağın sağlamlığı kitayski roza veten haqda atalar sözləri uşaqları tərbiyə kosmetika toyuq salati hakiwda oxatan paxlava xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır