Dəfnə yarpağının faydaları

Dəfnə yarpağının faydalarıDəfnə yarpağı dəfnəkimilər fəsiləsinə aid olan ağacın yarpağıdır. Dəfnə həmişəyaşıl ağacdır və onun vətəni Orta Asiya və Aralıq dənizi ölkələri hesab edilir. Dəfnə insanların istifadə etdiyi ən qədim və faydalı bitkilərdəndir. Dəfnə yarpaqlarından alınmış efir yağı alkohol içkilərin və konditer məhsullarının hazırlanmasında istifadə olunur. Dəfnə yarpaqlarından xalq təbabətində, tibbdə, kimya sənayesində geniş istifadə olunur. Ondan sineol və kamforanın hazırlanmasında istifadə edilir.  Qədim zamanlarda Roma imperiyası və Yunanıstanda dəfnə budaqlarından hazırlanmış çələngi müharibədən qalib şəkildə dönən əskərlərin başlarına qoyublar. Orta əsrlərdə dəfnə xoşkönüllü olmağın simvolu sayılıb və ondan şər qüvvələri qovmaq məqsədilə istifadə edilib. İndi demək olar ki, bütün ölkələrdə dəfnə ağacı yetişdirilir. Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Qafqaz ölkələri, Albaniya, Qvatemala və Krım adaları bu ölkələrin sırasında ön yerləri tutur.
Dünyanın ən məşhur aşbazları hətta dəfnə yarpağından pudinqlərin və desertlərin hazırlanması məqsədilə istifadə edib. Dəfnə yarpaqlarından əsasən sousların, marinadların, şorbaların, bulyonların, ət və balıq məhsullarının, turşuların hazırlanması zamanı istifadə edilir.
Dəfnə yarpağının faydalı xüsusiyyətləri
Dəfnə yarpağının qida dəyəri çox yüksəkdir. Onun tərkibində zülallar, yağlar, karbohidratlar, efir yağları, qida lifləri, A, C, PP və B qrup vitaminləri, makro və mikro elementlər( natrium, maqnium, sink, kalium, dəmir, selen, marqanes, fosfor və s.) var.
Müalicəvi və faydalı xüsusiyyətləri
Antik dövrün aşbazları dəfnə yarpağını bütün xəstəlikləri sağaltmaq qabiliyyətinə malik olan bir bitki kimi tanıyıblar. Hippokratın sözlərinə görə dəfnə yarpağı qıcolmalar və onların əmələ gəlməsinə səbəb olan qıcıqlanmaların aradan qalxması üçün faydalıdır. İbn Sina dəfnəni oynaq ağrıları, əsəbi gərginlikləri, boğulmalar zamanı faydalı hesab edib. Onun əlyazmalarında dəfnə toxumları və kökü xolisistit və sidik daşı xəstəlikləri zamanı dərman vasitəsi kimi qeyd edilib. Müasir xalq təbabətində də dəfnə yarpağından istifadə olunur. Ondan iştahanı artırmaq, həzmi sürətləndirmək, şişkinliyi aradan qaldırmaq, təzyiqi aşağı salmaq, artrit və artrozu sağaltmaq, immuniteti artırmaq, vərəm çöplərini məhv eləmək məqsədilə istifadə edilir. Dəfnə yarpağının dəmləməsi orqanizmə sidikqovucu, antiseptik təsir göstərir. Ondan müxtəlif mazların hazırlanması zamanı istifadə edilir. Ondan soyuqlama, stomatit, əsəb gərginlikləri, amenoreya, ürəkbulanmanın profilaktikası məqsədilə istifadə edilir.
Dəfnə yarpağının dəmləməsi boğaz ağrılarının və boğazda olan iltihabın azalmasına səbəb olur. Dəmləmədən xərçəng xəstəliklərinin müalicəsi zamanı xəstələrə təyin edilir.
Dəfnə yarpağı dəmləməsindən şəkərli diabet xəstələrinin içməsi xəstəliyin əlamətlərini azaldır. Bunun üçün 10 dəfnə yarpağını 750 ml qaynar suda 2-3 saat saxlamaq və gün ərzində 100 ml olmaq şərti ilə içmək lazımdır.
Oynaq ağrıları zamanı 5 qram dəfnə yarpağını 300 qram soyuq suda qaynayana qədər çatdırmaq və 5 dəqiqə qaynadıqdan sonra termosda 4-5 saat saxlamaq lazımdır. Bu dəmləməni gün ərzində az-az içmək oynaq ağrılarının azalmasına səbəb olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, dəmləməi birdəfəyə qəbul eləmək lazım deyil.
Kosmetologiyada
Kosmetaligiyada dəfnə dəmləməsindən tonuslandırıcı maskaların hazırlanması zamanı istifadə edilir. Ondan hazırlanmış losyonlar dərinin iltihabı xəstəlikləri( irinli səpgilər, frunkul və s.), piqment ləkələri zamanı çox faydalıdır. Ev şəraitində losyon hazırlamaq üçün 25 dəfnə yarpağını yarım stəkan qaynar suda 5 dəqiqə qaynadılır və 4 saat saxlanılır. Sonra dəmləmə süzülür üz və boyun dərisinə sürülür.
Dəfnə yarpağının zərərli xüsusiyyətləri
Aşağıdakı hallarda dəfnə yarpağından çox istifadə eləmək olmaz:
* hamiləlik, uşaqəmizdirmə və klimaks dövründə
* kəskin qaraciyər, böyrək və ürək-damar xəstəlikləri zamanı
* kəskin mədə və onikibarmaq yarası xəstəliyində
* allergiya zamanı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1781   Tarix: 27 fevral 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

kosmetoloq sade makiyaj sekilleri geyim şəkilləri gəncə xəbərləri toyluq donlar 2026 gözəl qadin pehriz salatlar kosmetika dolca aybawi həsən bəy zərdabi xocali ziyafet geyimleri