Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri

Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləriDəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur - isti və soyuq yeməklərə, turşulara əlavə olunur.
Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.
Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir - burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.
Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.
Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.
Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.
Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.
Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.
İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.
Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.
Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.
Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.
Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış,  üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək  olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 986   Tarix: 22 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik qadin dunyasi kosmetika mehsullari payız xəstəlikləri valideyn ovlad munasibetleri toyluq donlar 2026 ət yeməkləri kosmetika bürcler azerb clpaq qadinlari novruz bayrami masturbasiya arıqla