Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu oliqarx qızı ilə göldə boğuldu - FOTOLAR

Azərbaycanlı məmurun qohumu BMW X6-nı İsveçrədə gölə aşırdı, məşhur biznesmenin qızı ilə birlikdə həlak olub.

Qadinsayti.az xəbər verir ki, qəza zamanı Azər Yaqubovun idarə etdiyi BMW X6 avtmobili Luqano gölünə düşüb. Cəsədləri xilasedicilər gölün dibindən çıxarıblar. Daha sonra xüsusi texnika avtomobilin özünü də göldən çıxarıb. Qəzanın dəqiq səbəbi məlum deyil, ancaq ehtimal olunur ki, avtomobil yüksək sürətlə hərəkətdə olarkən gölə aşıb.

Bundan əvvəl life.ru qəzada həlak olan gəncin adını Eyyub Yaqubov kimi göstərmişdi və fotolarını yaymışdı. Lakin digər mənbələr göstərir ki, həmin fotolar həlak olan gəncin qardaşına aiddir. Qəzada həlak olan Azər Yaqubovdur. Onun İnstagram səhifəsindən götürülmüş fotosunu və qəzaya uğramış avtomobilin göldən çıxarılmasının görüntülərini təqdim edirik:

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Luqana gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

virtualaz.org qeyd edir ki, Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva Moskvanın "qızıl gəncliyinə" daxil idi və özünün dəbdəbəli həyat tərzi ilə tanınırdı. Sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotolar yer alır.

Diana ilə birlikdə qəzada həlak olan azərbaycanlı məmur oğlunun isə Luqanodakı Amerika məktəbi TASİS-də təhsil aldığı göstərilir. Bəzi mənbələr onun Azər Yaqubov yox, Eyyub Yaqubov olduğunu bildirir. Atası deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl danışmışdı və hər şey normal idi. Qəza zamanı avtomobili Yaqubovun idarə etdiyi bildirilir.

Qəzada həlak olan azərbaycanlı gəncin qohumu olan Sübhi Şıxlinski bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən "Vətənə xidmət" ordeni ilə təltif olunub. O, 1964-cü ildə indiki Şəmkir rayonunda anadan olub, Moskva Dövlət Universitetini bitirib və uzun müddətdir Rusiyada dövlət vəzifələrində işləyir.

O, Rusiya hökumətinin Federasiya işləri üzrə nazirinin müavininin müşaviri, milli siyasət nazirinin Katibliyinin rəhbəri, Rusiya hökuməti Aparatının şöbə müdiri və digər vəzifələrdə işləyib. İstisna deyil ki, o, Rusiyadakı azərbaycanlı diasporunun liderlərindən Şahin Şıxlinskinin qohumudur və məşhur Şıxlinskilər nəslindəndir.

Qeyd edək ki, Platon Lebedev 2003-cü ildə Mixail Xodorkovski ilə birlikdə həbs olunub. Ona qarşı iri məbləğdə vergidən yayınma ittihamı irəli sürülmüşdü. Lebedev 10 il yarım həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxıb.

Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu oliqarx qızı ilə göldə boğuldu - FOTOLARDəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu oliqarx qızı ilə göldə boğuldu - FOTOLAR

Maraqlı     Baxılıb: 4193   Tarix: 25 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

adlarin menasi makiyaj instagram toy makiyajlari elm haqqinda atalar sözləri ədəbiyyat testləri maraqli hind filmleri qadin dunyasi kulinariya kosmetika uzeyir novruz hakıştası seksi baldiza aid kahfe fali