Dəm qazından zəhərlənmənin İLK ƏLAMƏTLƏRİ: necə qurtulmalı?

Dəm qazından zəhərlənmənin İLK ƏLAMƏTLƏRİ: necə qurtulmalı?Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Ölən qızlardan ikisi Xırdalan şəhərində yerləşən Humanitar Kollecdə oxuyurmuş. Bu hadisə "mavi bəla"nın aktuallığını yenidən gündəmə gətirib.

Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm hadisələri barədə məlumatları demək olar ki, hər gün eşidirik. Mətbuatda yer alan bu cür xəbərlərə nəzər salsaq görərik ki, dəm qazı qurbanları arasında hər yaş qrupunda insan var. Bu isə onu göstərir ki, dəm qazı evlərdə dolaşan kabusa çevrilib. Deməli, hər birimiz belə hallara hazır olmalı, zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq. Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır? Aile.lent.az bu haqda məlumatları təqdim edir.

Dəm qazı ilə zəhərlənmənin əlamətləri:

- başgicəllənmə
- başağrısı
- ürəkbulanma
- qulaqlarda küy
- qusma
- yuxululuq
- bəzən oyanıqlıq
- müvazinətin itməsi
- sayıqlama
- hallüsinasiyalar
- qıcolma tutmaları
- koma

Toksikoloq Azər Maqsudov deyir ki, dəm qazından zəhərlənmə hallarında ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür: "Hər kəs bilməlidir ki, əgər yanacaq məhsullarının xaric olması üçün yer yoxdursa və ya həmin yer tutulubsa, natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Ona görə də yanacaq yandırarkən çox ehtiyatlı olmalıyıq. Qaz iysiz, rəngsiz olduğundan insan bunu hiss etmir. Oksigendən fərqli olaraq, qazın havada az miqdarda olması belə kifayət edir ki, 5-6 dəqiqəyə insan zəhərlənsin. Dəm qazının oksigenlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Zəhərlənmə 3 dərəcədə - yüngül, orta, ağır ola bilər. Belə halda ilk növbədə zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonium tərkibli məhlul iylətmək lazımdır".

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi təcili yardım çağırmaq lazımdır. Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq. Odur ki, zəhərlənən şəxsə həkim gələnə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir: "Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o deməkdir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır. Bu məsələdə hər saniyə çox önəmlidir. Vaxt itirilsə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm də nevropatoloqun nəzarətinə olmalıdır".

Beləliklə, dəm qazından zəhərlənmə zamanı ilk yardım:

1. Zərərçəkmiş şəxsi dərhal təmiz havaya çıxarın

2. Ağciyər ödeminin qarşısını almaq üçün ona yarı oturaq vəziyyətdə saxlayın

3. Dar paltarlarını soyundurun. Əynindəki paltarın yaxasını, kəmərini və s. açın

4. Ətraflarını və bədənini ovuşdurun

5. Başına və sinəsinə soyuq kompress qoyun

6. Əgər huşu özündədirsə, ona isti çay içirin

7. Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı burnuna yaxınlaşdırıb iylədin

8. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs olunmalıdır

Sağlamlıq     Baxılıb: 2418   Tarix: 16 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

yay kolleksiyasi qadın geyimi toy gecesi 1 yaşına qədər körpələrə qulluq dərslər aybasi soz haqqinda atalar sozu kosmetika intim munasibetler bahar vidyolar dieta novruz hakisdalari