Dəmir çatışmazlığının və qanazlığının 10 əlaməti

Dəmir çatışmazlığının və qanazlığının 10 əlamətiDəmir çatışmazlığı olan xəstələr buz, torpaq, limon qabığı və s. yeyir, mazut qoxusundan zövq alırlar.
Minerallar da vitaminlər kimi orqanizmin immun sistemini möhkəmlədir, maddələr mübadiləsini sürətləndirir, daxili orqanların öz funksiyalarını düzgün icra etməsinə dəstək verir. Minerallar həmçinin qan və sümük toxumalarının istehsalı, həmçinin əsəb sisteminin düzgün fəaliyyəti üçün zəruridir. Məhz buna görə də qida rasionuna sağlamlığı qorumaq üçün mineralların əlavə edilməsi vacibdir. Orqanizm üçün vacib olan mikroelementlərdən biri də məhz dəmirdir.
Dünyada insanların 10-30 faizi dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkir. Dəmir çatışmazlığı və qanazlığının qadınlarda daha tez-tez rast gəlinməsin əsas səbəbi hər ay davam edən menstruasiyadır.
Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, bu xəstəlik vaxtında müalicə edilməzsə, ürək çatışmazlığı kimi ciddi xəstəliklərə yol aça bilər. Qanazlığının erkən dövrdə müalicə edilməsi həm qadın sağlamlığı, həm də həyat keyfiyyəti üçün böyük əhəmiyyət daşıyır. Ancaq bunun üçün əvvəlcə dəmir çatışmazlığı və qanazlığı əlamətlərini bilmək lazımdır. Terapevt Həcər Baltaoğlu hər bir qadının bilməsi lazım olan dəmir çatışmazlığı və qanazlığını əlamətlərini belə sadalayıb.
1. Solğun dəri: Hemoqlobin qana qırmızı rəng verdiyi üçün dəri təravətli tonda görünür. Əgər hemoqlobin azalarsa, dəri solğun görünür. Xüsusilə dodaqlar və almacıq sümükləri solğunlaşır.
2. Dodaqlar çatlayır: Dəmir azlığında qırmızı qan hüceyrələrində myoqlobulin zülalı da azaldığı üçün dil öz rəngini itirir. Bununla yanaşı, hamar hala gəlir, şişir və ağrıyır. Dodaq ətrafında da çatlar yaranır və yeməyi udmaqda müəyyən çətinliklər törədir.
3. Saç tökülməsi və dırnaq problemləri: Dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkən insanlarda saç tökülməyə başlayır. Bununla yanaşı, dırnaqlarda da cızıqlar və düzləşmə kimi problemlər ortaya çıxır.
4. Göz qaralması, baş gicəllənməsi: Qanın azalması ani baş gicəllənməsinə, təzyiq düşməsinə, hətta huşu itirməyə səbəb olur.
5. Səbəbsiz gərginlik: Özünüzü heç bir səbəb yox ikən gərgin sıxıntılı və ya əsəbi hiss edirsiniz? Diqqət edin, bunun səbəbi dəmir çatışmazlığı və qanazlığı ilə bağlı yaranan oksigen çatışmazlığıdır.
6. Zəifləyən tiroid: Dəmir çatışmazlığı tiroid funksiyalarını da zəiflədir və qalxanabənzər vəzin metabolizm prosesindəki rolunu əngəlləyir. Hipotirodi olan hər 10 nəfərdən 6-sı tiroidlərində hansısa problem olduğundan xəbəri olmur. Enerjinin aşağı düşməsi, çəki artımı, isti havalarda da çox üşüyən yaxınlarınız varsa, onlara vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edin.
7. Torpaq, əhəng və tabaşir yemək istəyirsinizsə: Dəmir çatışmazlığı qanazlığı olan insanlarda qida dəyəri olmayan maddələri yemək arzusu baş qaldırır. Məsələn, torpaq, əhəng, gil, tabaşir, kağız, buz və sair.
8. Ayaq sindromu: Ayaqlardakı oynaqlarda ağrılar varsa, bu, qanazlığından da qaynaqlana bilər. Üstəlik, dəmir çatışmazlığı yuxuya təsir edir. Gecələr narahat yatır, səhərlər yuxudan oyananda isə yorğunluq hiss olunur.
9. Halsızlıq və yorğunluq: Hemoqlobin səviyyəsinin düşməsi nəticəsində qan damarlarına oksigen daşımasına mane olur. Halsızlıq, yorğunluq, nəfəs darlığı, baş ağrısı, sinə ağrısı kimi problemlər ortaya çıxır. İnsanlar hər zaman gördükləri işləri belə görməkdə belə çətinlik çəkirlər.
10. Həyəcan, tənəffüs orqanlarında səs: Qanazlığı ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Bu da həyəcan, yorğunluq, nəbzdə və ürəkdə tənəffüs orqanlarında səslərin eşilməsi kimi problemlərə yol açır. Ürək xəstəliyi olanlar qanazlığı kimi problemlərlə üzləşərsə, vəziyyət daha da şiddətlənə bilər. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar dəmir səviyyəsinə nəzarət etməlidir.

Sağlamlıq     Baxılıb: 1759   Tarix: 10 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

makiyaj etmek qaydalari sade makiyaj sekilleri gozel gorunmek atalar sozu elm haqqinda tort reseptləri bürc uyğunluğu ayaqların şişməsi kosmetika vetene aid atalar sozleri rus dilin nece orenek qiz burcu lakonizm burcler