Dəniz məhsullarının FAYDALARI

Dəniz məhsullarının FAYDALARIDəniz məhsulları insan orqanizmi üçün əvəzolunmaz qida mənbəyidir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, təsnifata görə "dəniz məhsulları" termini yalnız suda yaşayan onurğalı heyvanlar və balıqları əhatə etmir. Bu kateqoriyalı məhsullara dəniz və okean sularında yaşayan və qida üçün yararlı olan onurğasız heyvanlar (kalmar, krab, krevetka, kukumariya, midiya, lanqust, omar, dəniz kirpisi, dəniz daraqlısı, osminoq, trepanq, istiridyə və s.), habelə yosunlar (nori, laminariya, spirulina, dəniz salatı və s.) daxildir.
Asiya ölkələrində yaşayan insanların qida rasionunda geniş yer alan, okeanların və dənizlərin dərinliklərində yaşayan çox sayda dəniz məhsulu növləri mövcuddur. Bu məhsulları "suların insanlara hədiyyəsi" də adlandırmaq olar.
Dəniz məhsullarının tərkibi əsasən minerallar və bir sıra bioloji aktiv maddələrlə zəngindir. Onların tərkibində olan sadə zülallar və karbohidratlar asan həzməgedicilik xüsusiyyətinə malikdir. Heyvan mənşəli dəniz məhsullarının tərkibində olan yağlar əvəzolunmaz doymamış yağ turşuları ilə zəngindir. Bu yağ turşularına digər qida növlərində çox vaxt rast gəlinmir. Dəniz məhsullarının tərkibi B qrupu vitaminləri ilə yanaşı, yağda həll olunan A, D və K vitaminləri ilə də zəngindir. Onların tərkibində olan D vitamini kalsiumun mənimsənilməsində və sümüklərin inkişafında böyük rol oynayır. Qeyd edək ki, digər qida məhsulları ilə müqayisədə dəniz məhsulları D vitamininin zəngin mənbəyi hesab olunur. Tərkibində kalsium, maqnezium, natrium, kalium, fosfor, dəmir və mis kimi makroelementlərin, eləcə də yod, kükürd, nikel, xrom, kobalt, sink və selen kimi mikroelementlərin çox olması dəniz məhsullarının spesifik qida növü kimi əhəmiyyətini daha da artırır.
Dəniz məhsullarının enerji dəyəri onların tərkibində mövcud olan qida maddələrinin miqdarından və nisbətindən asılı olaraq dəyişir. Orta hesabla 100 qram dəniz məhsulunun tərkibində 80-100 kkal enerji olur. Dəniz məhsullarının tərkibində mövcud olan qida maddələrinin balanslı şəkildə olması onları unikal qida növü kimi səciyyələndirir. Bu məhsulların insan sağlamlığı üçün aşağıdakı faydaları vardır:
- ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır;
- immunomodulyator təsiri nəticəsində immun sistemini möhkəmləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır;
- dərinin və gözün funksional vəziyyətini yaxşılaşdırır;
- sümüklərin inkişafına müsbət təsir göstərir;
- qanda xolesterinin səviyyəsini azaltmaqla damarların elastikliyini bərpa edir;
- orqanizmdə daxili sekresiya vəzilərinin fəaliyyətini və hormonal fonu tənzimləyir;
- həzmi normallaşdırır;
- qanəmələgəlmə prosesini stimullaşdırmaqla anemiyanın qarşısını alır və s.
Dəniz məhsulları (xüsusilə dəniz yosunları) ilə qidalanmaq insanlarda dermatit, ekzema və seboreya kimi dəri xəstəliklərinin sağalmasına kömək edir. Onların tərkibində olan bioloji sink dəri hüceyrələrinin bərpasında mühüm rol oynayır. Regenerasiyaedici xüsusiyyətə malik olduğundan onlardan kosmetoloji vasitələrin hazırlanmasında da geniş istifadə edilir.
Artıq çəki ilə mübarizədə dəniz məhsulları pəhriz üçün effektiv qida növüdür. Dəniz məhsullarının müntəzəm istifadəsi xərçəng xəstəliyinin yaranma riskini azaldır. Müxtəlif ölkələrin xalq təbabətində depressiya ilə mübarizədə bitki mənşəli dəniz məhsullarının istifadəsi tövsiyə olunur. Dəniz məhsullarının qida rasionuna daxil edilməsi insanlarda zehni inkişafın möhkəmlənməsinə də müsbət təsir göstərir.
Unikal biokimyəvi tərkibə malik olan dəniz məhsulları ekoloji cəhətdən təhlükəli bölgələrdə və meqapolislərdə yaşayan insanlar üçün olduqca faydalı qida növü hesab edilir.
Beləliklə, insanların qida rasionunun aztapılan, qiymətli və zəruri komponentlərlə zənginləşməsində dəniz məhsullarının rolu böyükdür. Odur ki, bu məhsullardan daha çox faydalanmaq üçün onların istehsalı, emalı və tədarükü qida təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirilməli, istehlakı dövründə sanitar-gigiyenik qaydalara riayət olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1379   Tarix: 26 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yay kolleksiyasi maskalar gözəllik məhsulları kələm salatı məsləhətlər spermanin qadina faydasi hakışdalar kosmetika gozde olar rus dili haxisda xanim.az oglaq