Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazır

Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazırAntidepressantlar psixoterapiya kimi depressiyanın müalıcəsinin önəmli bir hissəsidir.
Simptomları yüngülləşdirmək və residivlərin qarşısını almaq üçün istifadə edilir.
Depresiyanın simptomlarını yüngülləşdirməkdə nə qədər faydalı olduğuna dair müxtəlif fikirlər var. Bəziləri onların effektivliyinə şübhə edir, bir çoxları isə onları əvəz olunmaz hesab edir. Digər dərmanlarda olduğu kimi bunlar da bəzi hallarda kömək edə bilər, bəzi hallarda isə yox. Antidepressantlar ağır, orta və xroniki depressiyalarda  təsirlıdır, yüngül depressiyalarda isə ele de təsirlı deyil. Bundan əlavə onların yan təsirləri də vardır. Müalicənin üstünlüklərini və mənfi cəhətlərini nəzərə almaq vacibdir, bu barədə mütləq həkimlə müzakirə edilməlidir.
Antidepressantlarla müalicənin məqsədi hər şeydən əvvəl şiddətli depresiyani və depresiyanın yorğunluq kimi əlamətlərini aradan qaldırmaq və təkrarlanmasının qarşısını almaqdır. Dərmanlar zehni tarazlığı  və gündəlik həyat fəaliyyətini bərpa etməyə kömək etməlidir. Onlar həmçinin daxili narahatlıq və yuxu pozğunluqlarını,  həmçinin intihar düşüncələrini aradan qaldırmalıdır.
Hansı antidepressantlar var?
Depresiyanın müalicəsində müxtəlif qrup antidepressantlar vardır. Ən çox istifadə olunan antidepressantlar aşağıdakılardır:
tsiklik antidepressantlar (TZA)
seçici serotonin geri alma ingibitorları (SSRİ)
seçici serotonin-norepinefrin geri alma ingibitorları (SSNRİ)
Tsiklik antidepressantlar ilk yaranan antidepressantlardır, birinci nəsil antidepressantlar adlanır. SSRİ və SSNRİ isə ikinci nəsil antidepressantlar sayılır.
Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazırDaha az istifadə edilənlər isə:
Alfa -2 reseptor antoqonistləri
Monoaminoksidaz ingibitorları
Seçici norepinefrin geri alma ingibitorları
Seçici norepinefrin/dofamin geri alma ingibitorları
melotonin reseptor aqonistləri və serotonin 5-HT2C  reseptor antoqonistləri
Ayrıca Trazidon və Litium kimi hər hansı bir qrupa daxil edilməyənlər də var.
Antidepressantlar necə təsir edir?
Beyindəki sinir hüceyrələri signalları ötürmək üçün müxtəlif xəbərçi  maddələrdən istifadə edir. Bütün təfərrüatlar hələ tam aydınlaşmasa da ekspertlər güman edirlər ki, bəzi xəbərçi maddələr serotonin səviyyəsini tarazlayır və bu səbəblə bəzi sinir bağlantılarını əngəlləyir. Antidepressantlar bu xəbərçi maddələrin mövcudluğunu yaxşılaşdırır. Fərqli maddələr bunu fərqli yollarla edir.
Müalicə necə gedir?
Antidepressantlar adətən gündəlik qəbul edilir. İlk bir neçə həftə diqqət simptomların yüngülləşməsinə yönəlir. Müalicə ən azı 4-9 ay davam edəcək. Belə  müalicə simptomların təkrarlanmasının qarşısını almaq üçündür. Bəzən residivlərin qarşısını almaq üçün daha uzun müddətli müalicəyə ehtiyac olur. Qəbul müddəti həmçinin simptomların necə inkişaf etməsindən və təkrarlama riskinin artmasından da asılıdır. Bəzi insanlarda antidepressantın qəbulu uzun illər çəkir.
Müalicə müddətində aralıqlarla həkimə müayinəsində olmaq lazımdır. Simptomların yaxşılaşdığı və yan təsirlərin olub-olmaması həkimlə müzakirə edilməlidir. Lazım gələrsə dərmanın dozası tənzimlənir. Heç bir halda tabletləri özünüz artırıb-azaltmamalısınız. Bu tabletlərin yeterli təsinin azalmasına və ya yan təsirlərin əmələ gəlməsinə səbəb ola bilər.
Müalicənin sonunda doza həftələr ərzində tədricən azaldılır. Dərmanın dayandırılması müvəqqəti olaraq yuxusuzluğa, ürəkbulanmaya və narahatlığa səbəb ola bilər. Xüsusən belə şikayətlər dərmanların qəfil kəsilməsi zamanı baş verir. Özünüzü yaxşı hiss etdiyinizdə dərmanları özbaşına dayandırdıqda depressiyanın geri qayıtma riskini artırırsınız. Bir cox yuxu dərmanları və trankvilizatorlardan fərqli olaraq antidepressantların asılılıq yaratmaq xüsusiyyəti yoxdur.
Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazırAntidepressantlar simptomları nə dərəcədə yüngülləşdirir?
Depresiyanı müalicə etmək üçün çoxlu müxtəlif dərmanlar var. Bununla belə müəyyən bir dərmanın bir insana nə qədər yaxşı kömək edəcəyini proqnozlaşdırmaq çətindir. Buna görə də müalicənin başlanğıcında həkimlər adətən tez təsir edən və nisbətən daha yaxşı tolerə edilən dərmanı təklif edirlər.  Dərman gözlənildiyi effekti verməzsə, digərinə keçmək imkanı var.
Tədqiqatlar göstərir ki, antidepressantın faydası depressiyanın şiddətindən asılıdır. Daha ağır depressiyalarda simptomlar daha tez bərpa olunmağa başlayır. Yəni xroniki, orta və ağır  depressiyalarda antıdepressantlar effektivdir. Onlar yüngül depressiyalarda kömək etmirlər.
Antidepressantlar həmçinin xroniki depressiv ehval-ruhiyyənin bərpasına kömək edə bilər.
Antidepressantların təsiri 2-3 həftə ərzində başlayır. Bununla belə depressiya əlamətlərinin yaxşılaşması  uzuna da bilər.
Depresiyanın simptomları eyni zamanda iki dərmanın birlikdə təyini ilə də müalicə oluna bilər.
Antidepressantların residivlərinin qarşısı necə alına bilər?
Residivlərin qarşısını almaq üçün antidepressantlar adətən 1-2 il , bəzən daha uzun müddətə təyin edilir. Residivlərin profilaktikası bir neçə dəfə residiv keçirən və ya xroniki depressiyası olan şəxslər üçün xeyirlidir.
Tsiklik antidepressantların yan təsirləri SSRİ və SNRİ qrupuna nisbətən daha çoxdur.
Ciddi yan təsirlər
Antidepressantlar başgicəllənməyə və səndələməyə  səbəb ola bilər. Xüsusilə yaşlı insanlarda yıxılma və sınıq riskini artırır. Dərmanların qarşılıqlı təsiri bu təsiri daha da artıra bilər.
Çox nadir hallarda  antidepressant qəbulu ürək problemləri , epileptik tutma,  qaraciyərin zədələnməsinə səbəb ola bilər. Həmçinin SSRİ və SNRİ qrupları yeniyetmələrdə intihar düşüncələri ola bilər.  Bunun qarşısını vaxtında almaq üçün müalicənin ilk günlərində pasient həkimlə sıx əlaqədə olmalıdır.
Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazırAntidepressant seçərkən nə vacibdir?
Antidepressantin seçilib-seçilməməsi depressiyanın ağırlığından, simptomların  şiddətindən asılıdır. Həmçinin önəmlidir:
Psixoterapiya eyni vaxtda aparılır, yoxsa planlaşdırılır?
Əvvəllər  andidepressant istifadə etmişmi və koməyi olmuşmu?
Faydaları ilə nisbətdə yan təsirləri nə qədər ciddidir?
Müəyyən antidepressant təyin edərkən yan təsirlər məsələsi çox önəmlidir. Bəziləri  yarana  bilən həzm problemlərindən daha çox narahat olur. Digərlərində başgicıllənmə, cinsi istəksizlik və ereksiyanın zəifləməsi baş verə bilər.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1016   Tarix: 15 mart 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma aksessuarlar makiyaj instagram süni doğuş qadın və cəmiyyət hepatitlər seksual qadinlar kosmetika masturbasiya rus dili 2ci ders hakiwda novruz haqistalari gunay