Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış
Yay mövsümünün sevilən meyvəsi kişilərin yataq performansını artırır.
Milli.Az xəbər verir ki, yay aylarında ən çox istehlak edilən meyvələrdən olan qarpız, kişilərin cinsi sağlamlığına müsbət təsir edir.
Bu nəticələr "Current Research in Food Science" jurnalında dərc olunub və "Daily Mail" tərəfindən yayımlanıb. Yəməndəki Thamar Universitetinin tədqiqatçısı Dr. Haitham Al-Madhagi bildirib ki, qarpızın tərkibindəki maddələr orqanizmdə azot oksidi istehsalını artırır, bu da damarları genişləndirərək qan dövranını yaxşılaşdırır. Onun sözlərinə görə bu təsir mexanizmi "viqra"ya bənzəyir və cinsi performansa birbaşa müsbət təsir edir.
"Qarpız tarix boyu həm qidalandırıcı, həm də müalicəvi xüsusiyyətləri ilə seçilib. Antioksidant tərkibi sayəsində sperm keyfiyyətini artırır, kişi cinsi funksiyalarını dəstəkləyir və xayaların fəaliyyətini yaxşılaşdırır," - deyə Dr. Al-Madhagi vurğulayıb.
Digər tərəfdən, İspaniyadakı Madrid Complutense Universitetinin apardığı başqa tədqiqatda isə D vitamini çatışmazlığının kişilərdə sərtləşmə problemlərini artıra biləcəyi məlum olub. Alimlər bildirib ki, D vitamini əskik olan kişilərdə cinsi orqanlardakı toxumalar zəif işləyir və bərpa prosesi ləngiyir.
Həmin araşdırmanı aparan Dr. Miguel Olivencia qeyd edib ki, siçanlar üzərində aparılan sınaqlarda da eyni nəticələr müşahidə olunub. Onun sözlərinə görə, D vitamini çatışmazlığının aradan qaldırılması kişilərdə cinsi performansı gücləndirə bilər.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
İrem Dericinin nişanlısı saxlanıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq