Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK

Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİKİzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb.
Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib.
Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb:
"Biz də burada badımcanın iki xüsusiyyətindən istifadə etdik. Badımcana baxanda çox parlaq, düz və hamar olduğunu görürük. Bunu təmin edən badımcanın içindəki kimyəvi maddələrdir. Biz bu kimyəvi və parlaq maddənin insana təsirini öyrəndik. Ancaq dəriyə mənfi təsiri olmaması üçün bir neçə yol axtarışına çıxdıq. Laboratoriyamızda dərman formulunu inkişaf etdirdik. Nanotexnologiya üsullarla molekulu dərman olaraq istifadə etməyə çalışmışıq. Araşdırma göstərdi ki, qlikoalkaloid dəriyə çox xeyirdir.
Bir xəstənin dil xərçəngi hüceyrəsində dərmanı sınadıq və uğurlu alındı. Sonrakı mərhələdə onun siçanlar üzərində təsirlərini araşdıracağıq. Əgər bu nəticələr də müsbət olarsa, dərman şəklində istehsal olunacaq. Dərmanın bütün dəri xəstəliklərində, başda dəri xərçəngi, çiban olmaq üzrə bir çox dəri xəstəliklərinə yaxşı təsir edəcəyini düşünürük".
Araşdırmada o da qeyd olunub ki, badımcandakı qlikoalkaloidlər yüksək dozada qəbul edildiyi zaman toksik təsirə səbəb olur, hətta ölümə apara bilər. Odur ki, maddə dəriyə nano texnologiyaları ilə nüfuz etdirilib. Nano texnologiyaları ilə hüceyrə içinə daxil edildiyi üçün daha çox təsir göstərir. Bir növ damcı üsulu ilə tətbiq edilir. /publika.az

Sağlamlıq     Baxılıb: 2760   Tarix: 01 avqust 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qadin dunyasi toy makiyaji sekilleri hamiləlik royanin oglu soyuqdəymə pamidor maskasi göyəm turşusu kosmetika atalar sözü masturbasiya nedir novruz bayramina aid hakista layla badambura