Dəridəki qara izin xal və ya dəri xərçəngi olmasını necə ayırd etmək olar?

Dəridəki qara izin xal və ya dəri xərçəngi olmasını necə ayırd etmək olar?Yer kürəsində hər 57 dəqiqədən bir melanomadan bir xəstə həyatını itirir. Melanoma dərinə əmələ gələn, qara rəngli xaldır. Bu xalın xoşxassəli və ya bədxassəli olmasını isə 5 təhlükəli əlamət bildirir. Dərinin ən iri orqan olmasına baxmayaraq orada əmələ gələn kiçik bir xal xərçəng xəstəliyi ola və insanın həyatına son qoya bilər. Bəzən dərimizdə kiçik qara xala qarşı laqeyd yanaşmamız bizim üçün çox təhlükəli sayıla bilir. Bu səbəbdən də dəridə əmələ gələn tünd rəngli xallara qarşı diqqətli yanaşmaq lazımdır.
Onkoloqlar bizə adi görünən döyənəyin, zədələnmələrin, mazolların, xalların ən pis onkoloji xəstəliyə çevrilmə ehtimalı olduğunu söyləyirlər. Bəzən isə bu zədələrə qarşı diqqətsiz yanaşmamız və ya onlara lazım olmayan qaydada toxunmamız onların ən pis xəstəliklərə çevrilməsinə səbəb olur.
Bəs dəridə olan xalları xərçəng xəstəliyindən necə ayırd etmək olar?
Statistikanın hesablamalar hər 57 dəqiqədn bir dünyada bir adamın melanomada öldüyünü qeyd edir. Melanoma dəri xərçəngidir. Bəzən insanlar melanomanı dəridə əmələ gələn qara xalla qarışdırırlar. Melanomanın 5 əsas əlaməti var.
1. Asimmetriya
Dərinəki tünd rəngli xalın ətrafı tam və sığallıdırsa o zaman xal, çopur və asimmetrikdirsə melanoma hesab edilir.
2. Sərhədlər
Qara xalın sərhədləri olur, melanomanın kənarları isə hamar olmur. Melanomanın hüdudları girintili-çıxıntılı, kələ-kötür olur.
3. Rəng
Tünd rəngli xala diqqətlə baxdıqda onun rənginin qəhvəyi olduğu dəqiq sezilir. Bu zaman xalın hər tərəfinin rəngi eyni olur. Melanomanın rəngi isə daha tünd və fərqli olur. Melanomanın bir tərəfi qara, digər tərəfi isə tünd qəhvəyi olur.
4. Diametr
Normal qara xal dairəvi olur və onun diametrini ölçmək mümkün olur. Melanomanın isə diametrini ölçmk mümkün deyildir.
5. Dəyişikliklər
Tünd rəngli xallar öz formasını və ölçüsünü dəyişmir. Melanomalar isə asimmetrik olaraq böyüyə bilirlər. Bəzən isə melanomalardan bir qədər kənarda başqa tünd rəngli xallar əmələ gələ bilir.
Mütəxəsislər dərisində tünd rəngli xal olan adamları dərilərini düz düşən günəş şüalarından, ultrabənövşəyi şüalanmadan qorunmağı məsləhət bilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1852   Tarix: 17 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yaz geyimleri 2026 kosmetoloq qadin sayti hamiləlik dövrü qış xəstəlikləri hamiləlik həftələri tanınmış qadın simalar kosmetika hakışdalar qogal qardasa aid haxistalar bürcler veten