Dərini qidalanlandıran, yeniləyən, körpə dərisi kimi edən kremi özünüz HAZIRLAYIN!

Dərini qidalanlandıran, yeniləyən, körpə dərisi kimi edən kremi özünüz HAZIRLAYIN!Pulunuzu xərcləyib kimyəvi tərkibli üz kremləri almaqdansa, evdə özünüz hazırlaya bilərsiniz. Evdə üz kremi necə hazırlanır?

Qadinsayti.az aile.lent.az-a istinadən dərinizi qidalandıracaq və yeniləyəcək təbii üz kremləri reseptlərini təqdim edir. Xüsusən soyuq qış günlərində quruyan, çatlayan dərinizi təbii yollarla qidalandırıb nəmləndirmək istəyirsinizsə, bu reseptləri sınayın

Resept 1

1 yemək qaşığı Bepanten krem
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı kakao yağı
1 çay qaşığı hindqozu yağı
1 çay qaşığı üzüm çəyirdəyi yağı

Kakao yağını kiçik bir tavaya qoyun. Daha iri bir tavaya isti su doldurub kakao yağı olan tavanı bu tavanın içinə qoyun. Kakao yağı əriyənə kimi içinə sıra ilə yağları, ən sonda isə Bepanten kremini əlavə edin. Yaxşı qarışdırın. Kakao yağı bu yağlarla qarışdığında dona bilər. Buna görə bu tavanı bir də yenidən isti su dolu tavaya qoyun, əridikdən sonra soyuması üçün 20 dəqiqə gözləyin. Dəmir qaba töküb soyuducuda saxlayın.
Tərkibindəki ərzaqlar dərini qidalandırır və yumşaldır. Üzüm çəyirdəyi yağı və Bepantenin isə qoruyucu və yeniləyici keyfiyyəti var.

Resept 2

1 yemək qaşığı şea yağı
1 yemək qaşığı buğda yağı
1 yemək qaşığı avokado yağı
1 çay qaşığı lavanda yağı

Şea yağı karite yağı olaraq da bilinir. Afrikada yetişən karite ağacının gövdəsindən əldə edilən bu yağın dərini yeniləmə xüsusiyyəti var. Yüngül yanıqlarda da istifadə edilir, həm də yaşlanmanı gecikdirir.
Şea yağını yuxarıda kakao yağını əritdiyiniz üsulla əridin, digər yağları əlavə edib yaxşıca qarışdırın. Bir neçə dəqiqə isidin, soyuducuya qoyun. Qatılaşınca dəmir qaba töküb istifadə edin.

Gözəllik və Moda     Baxılıb: 4378   Tarix: 27 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

geyim və ayaqqabılar qadin dunyasi sade makiyaj sekilleri sərxan kərəmoğlu aybasi ucun derman goyemin faydalari 2026 donları kosmetika novruz bayramı sanama qız bürcü klitor baldiza aid