Dərini yeniləyən və cavan saxlayan qidalar
Yay boyunca günəşdən, dənizdən, xlorlu hovuz sularından köhnələn dəri, xüsusi qulluğa ehtiyac duyur. Bu baxımdan dəriyə qulluq üçün lazımi prosedurlara əməl etmək vacibdir.
Ələvə olaraq qəbul etdiyimiz qidalar da əhəmiyyətlidir.
Məlumata görə tərkibi antioksidantla zəngin olan qidalar dərini yeniləyərək cavan saxlamağa kömək edir. Həmin qidalara aşağıdakılar aid edilir:
Dərini yeniləyən və cavan saxlayan qidalar
A vitamini: Qaraciyər, yağ, süd, pendir, yumurta sarısı;
E Vitamini: Bitki mənşəli yağlar;
C Vitamini: Cəfəri, çiyələk, limon, pomidor, semizotu;
Karotinoid: Beta karotinlə zəngin olan qidalar, ispanaq, kahı, kələm, brokoli, qovun, şaftalı, kök, ərik;
Lutein: Yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı, heyvani yağlar;
Likopein: Pomidor, qarpız, qırmızı qreypfrut;
Kuersetin: Alma, üzüm, limon, pomidor, soğan, kahı, brokoli, karalahana, pambıq toxumu, çay, qırmızı şərab kimi içkilər, ginko biloba, zeytun yağı, propolis;
Omega-3: Çoxlu doymamış yağ turşusu: Balıq yağı;
Resveratrol: Üzüm qabığı, yer fındığı, qırmızı şərab, tut;
Çay polifenol: Yaşıl çay;
Xüsusən payız fəslində yetişən bəzi meyvə və tərəvəzlər faydalıdır. Çünki, onların tərkibində vitamin və minerallar daha çoxdur.
A, C, E vitaminləri təzə kökdə, ərik və pomidorda olduğundan günəşin dəriyə verdiyi zərərlərə qarşı effektlidir.
Daha çox pomidorda bol miqdarda beta karotin olduğu bildirilir. Həmçinin dəriyə mineral məzmunu yüksək olan toniklər və yüksək su məzmunu olan nəmləndiricilər tətbiq olunmalıdır.
Dəridəki nəm nisbəti xüsusilə mövsümi keçişlərdə çox əhəmiyyətlidir. Çünki yay aylarında dərimiz UB şüalardan təsirlənər və payız gəlincə qaralmış, qurumuş və qırışmış olur.
Havaların gedərək soyuması dərinin tərkibində olan su miqdarına təsir etdiyindən dəriyə qulluq vasitələrindən düzgün istifadə etmək lazımdır.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq