Dərinin cavan qalması üçün kəpək
Son zamanlar kəpək yenidən populyarlaşıb.
Ondan dieta zamanı, orqanizmin təmizlənməsi və kosmetalogiyada da istifadə edirlər. Kəpəkdən dərinin gözəlliyi üçün də istifadə olunur. Beləliklə, həssas , allergiyaya meyilli dərilərdə kəpək vannası qəbul etmək lazımdır. Onu hazırlamaq üçün sizə 2 stəkan kəpək lazımdır. Onu tənzifdən olan torbaya töküb isti vannaya atın. Orada 30 dəqiqə qalsın. Sonra isti su əlavə edib 10-15 dəqiqə vanna qəbul edin.
Dərinizin cavan qalması üçün siz ev şəraitində kəpəkdən hazırlanmış maskalardan istifadə edə bilərsiniz. Bunun üçün buğdanın xırdalanmış kəpəyu uyğundur.
Bu məqsədlə sizə 5 çay qaşığı kəpək və 1 çiy yumurta sarısı lazım olacaq. Onları qarışdırıb üzərinə bir qədər ilıq su əlavə etmək lazımdır. Ancaq heç bir halda qaynar su əlavə etmək olmaz. Alınmış qarışığı üzə çəkib 15 dəqiqə gözləyin. Sonra soyuq su ilə yuyun. Belə maskadan müntəzəm istifadə dərinizi gözəl və hamar edəcək və onun cavanlığını uzun müddət saxlayacaq.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq