Diabetli xəstələr kovidi çox ağır keçirir - Nə etməli?
Kovid pandemiyasında ən çox itkilər şəkərli xəstələr arasında oldu. Nəyə görə həkimlər diabetli kovid xəstələrindən daha çox narahatdır?
Milli.Az xəbər verir ki, rusiyalı həkim reanimatoloq Valeriy Stelnikov bunun səbəblərini açıqlayıb.
O, şəkərli diabetlə yanaşı kovidli xəstələrin xilası üçün nələr lazım olduğunu bildirib.
"Məsələ bundadır ki, koronavirus bədəndə güclü iltihab yaradır. Diabetdə isə onsuz da öncədən xəstənin orqanizmində iltihab yüksək səviyyədə olub. Məsələn, şəkərli xəstənin qanında həmişə EÇS normadan yüksək olur. Buna kovid təsir etdikdə, rəqəmlər anormal yüksəlir.
Əsas təhlükə bu xəstələrin gəzən bomba olmasıdır. Yaşlı diabet xəstəsi tromboz, insult, infarkta daha yaxın olur. Kovid bu təhlükəni 80% artırır.
ÜST statistikasına görə, diabet dünyada insanların ölüm səbəbi içində 3-cü yerdədir.
Çində aparılan araşdırmaya görə, qanında yüksək qlükoza olan xəstələrin koviddən ölüm faizi digər xəstələrdən 3 dəfə çox olub.
Diabet xəstələrini koviddən maksimum qorumaq lazımdır, çalışıb yoluxdurmamaq. Əgər yoluxdusa, bu xəstələr bir gün də həkimsiz qalmamalıdır. Birinci olaraq hospitəlizə olunmalıdır. Onların kovid müalicəsi ilə yanaşı diabeti də nəzarətdə saxlanılır.
Bu xəstələrə ilk gündən antikoaqulyantlar - qan durulducu təyin edilməlidir. Ola bilər, dərman atırsa, insulinə keçməlidir. Mütləq şəkər dərmanlarını dozasını dəyişməlidir. Qanda şəkər kovid zamanı maksimum aşağı həddə salınmalıdır. Bu xəstələrdə diabetik ketoasidoz baş verə bilər". /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi