Difteriya

DifteriyaDifteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir.Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində biruzə verir.Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır. Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu,təmas məişət yolları (oyuncaqlardan ,kitablardan,dəsmallardan) yoluxur.
Risk amilləri:
Xəstəlik ən çox 3-7 yaş arası uşaqlarda rast gəlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl ,yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2-10 gündür.
Difteriya toksini-(difteriya çöplərinin ifraz etdiyi toksin) bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Əlamətləri:
Difteriyanın ilkin əlaməti yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür. Əgər xəstəlik yüngül formada olarsa 1 həftə ərzində sağala bilir, ağır formada isə xəstənin vəziyyəti daha da ağırlaşır, sağalma uzun müddət çəkir. Xəstəliyin ağırlaşmış forması toksiki difteriya adlanır və bu zaman qızdırma 39,5-41*-yə qalxır. Xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin dərisi solğun, ağzında quruluq olur. Badamcıqlarda olan şişkinlik boğaz keçəcəyini bütünlüklə tuta bilir.
Difteriyanın bir neçə forması vardır:
-burun formasi
-göz forması
-dəri forması
Diaqnostika:
Diaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın bakterioloji analizi əsas götürülür.
Müalicəsi:
Difteriyanın bütün növləri ağırlıq dərəcəsindən asılı olmayaraq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstə dietasına diqqət yetirməlidir. Xəstəliyin müalicəsində difteriya əleyhinə preparatlardan,antibiotiklərdən istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2154   Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi