Dilarə Kazımova: "Məni toya çağıran yoxdur
Dilarə Kazımova "KANAL S"-də yayımlanan " Xəbərin var?" verilişinə qonaq olub.
azxeber.com xəbər verir ki, müğənni el şənliklərinə niyə getmədiyini açıqlayıb.
"Toylarda çox olmuram, ona görə ki, məni çağırmırlar. Bu da tərzimlə əlaqəlidir. Mənim gəlirim daha çox konsert, klub, açılışlardandır. Özüm 6-8 ritmini çox sevirəm, harda eşitdim oynayıram amma mənim oxu tərzimə uyğun gəlmir".
Kazımova, ehtiyac olarsa, tərzini dəyişəcəyini də gizlətməyib:
"Mən mahnı buraxanda və ya klip çəkəndə heç zaman düşünmürəm ki, o mənə gəlir gətirəcək, ya yox. Nə vaxtsa görsəm ki, artıq oxuduğum tərz mənə pul qazandırmır, onda yolumu dəyişə bilərəm. 6-8 də oxuya bilərəm. Bəlkə onda toylara da gedərəm".
Aysel









Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi