Dilin iltihabı – qlossit

Dilin iltihabı – qlossitQlossit dilin iltihabi xəstəliyidir. Xəstəlik gedişinə görə kəskin və xroniki olur. Qlossit dil əzələsində müxtəlif dəyişikliklərin əmələ gəlməsinə səbəb olur:
- şişkinlik
- dilin rənginin dəyişilməsi
- dilin sorma qabiliyyətinin itməsi
- dilin üstünün sığallı olması.
Xəstəlik birincili - qlossit, ikincili - digər xəstəliklərin əlaməti olaraq meydana çıxa bilir.
Xəstəlik zamanı dilin rəngi tünd qırmızı rəng alır, həssaslığı artır və sığallı olur. Bu zaman dilin hərəkəti, udma aktı, çeynəmə çətinləşir, ağrılı olur.
Xəstəliyin əmələ gəlməsində bakteriya və virus infeksiyalarının rolu böyükdür. Qlossitin baş verməsində dilin mexaniki zədələnmələri, yanıqlar, stomatoloqların müalicəsi zamanı baş verən zədələnmələrin də rolu ola bilir. Nadir hallarda isə qlossitin baş verməsində spirtli içkilər, qaynar qidalanma, diş məcunları, müxtəlif kimyəvi qida boyaları da səbəb ola bilir.
Qlossit müxtəlif qan xəstəliklərinin, vitamin çatışmazlığının, ağız boşluğu xəstəliklərinin, aftoz yaraların, sifilisin ağırlaşması olaraq da meydana çıxa bilir.
Xəstəliyin müalicəsi iltihab əlamətlərinin aradan qaldırılmasına əsaslanır. Müalicə dövründə dilin gigiyenasına diqqət yetirilir, antibiotik və göbələkəleyhinə dərman vasitələrindən istifadə edilir. Xəstəyə sağlam həyat tərzi keçirmək tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 07 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

toy makiyaji sekilleri geyim dəbləri kosmetika mehsullari payiz haqqinda insa kəpəyə qarşı qonaq otağı üçün pərdələr qadın sağlamlıq kosmetika bayatılarımızda vətən həsrəti kahfe fali hamilelik sekisler vətənə aid