DİQQƏT! Bu məhsulların qiyməti bahalaşdı
Bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb
Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən İstiPress-ə verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb.
Ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir