Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: Dərmansız...

Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: Dərmansız...Dırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.
Həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova ailem.az-a dırnaq problemi və onun müalicəsi haqqında danışıb. Mütəxəssis dırnaq göbələyinin müxtəlif səbəblərdən yarandığını deyir. Dırnaq göbələyinin yoluxucu xəstəlik olduğunu bildirən kosmetoloqun sözlərinə görə, münbit şərait yarandıqda bu xoşagəlməz parazitin şansını əldən vermədiyini qeyd edir: "Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir. Bu, həm ayaqda, həm də dırnaqda olan dəri göbələyinin törədicisidir. Məsələn, hər bir canlı kimi, göbələyin də qidaya, suya, temperatura ehtiyacı var. Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan göbələk bədənin həmin hissələrində inkişafı üçün münbit şərait tapır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Çünki dərinin özünün qoruyucu, baryer qatı var. Bu, bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Amma sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçirlər və orada artıb çoxala bilirlər".
Keyfiyyətsiz ayaqqabı, gigiyenik olmayan məkanlara getmək də dırnaq göbələyinin yaranmasına imkan verir. Buna görə də mütəxəssis ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmağı məsləhət görür: "Bildiyimiz kimi keyfiyyətsiz ayaqqabının ventilyasiyası, yəni havalanması pis olur. Ona görə də ayaq tərləyir və göbələyin əmələ gəlməsinə şərait yaranır. Nəticə etibarı ilə dərinin nəmliyi və sürtünməsi nəticəsində göbələklər inkişaf edir. Bununla yanaşı, saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələyə yol açılır".
Həkim dırnaq göbələyinin müalicəsinin çətin olduğunu etiraf edir. Lakin o, bu problemin birdəfəlik həll oluna biləcəyini də vurğulayır: "Dırnaq, saç, piy və tər vəziləri dəri artımı hesab olunur. Dəri artımında ən aktual problemlərdən biri də dırnaq göbələyidir. Uzunmüddətli müalicə tələb edir. Xüsusən də ayaqda olduqda. Çünki ayaq dırnaqları daha qalındır. Müalicə ağır dərmanlarla aparılır. Onların arasında digər orqanlara əlavə təsirləri olan dərmanlar da var. Həmin dərmanların uzunmüddətli istifadəsi bəzi xəstələr üçün qəbulolunmazdır. Məsələn, yaşlı insanlara, qaraciyərində problem olan xəstələrə o dərmanları yazmırıq. Bu zaman dırnaq göbələyi qarşısında silahsız qalırıq".
Lakin hazırda dırnaq göbələyinin müalicəsində yeni üsul var. Çox qısa müddətdə sistemli olaraq, daxilə heç bir dərman qəbul etmədən bu problem həll edilir. G. Mikayılova dırnaq göbələyinin müalicəsində yeni üsulun lazer proseduru olduğunu açıqladı. Çox qısa kurslarla, həftədə 1 dəfə olmaqla 5 və daha çox prosedur tətbiq etmək şərtilə müalicə aparılır: "Prosedurların sayı individualdır. Yəni müalicə kursu göbələyin ilkin vəziyyətindən asılı olaraq təyin edilir. Dırnağın 50 faizdən çoxu zədəlidirsə, seansların sayı artır. Lazer üsulunun üstünlüyü ondan ibarətdir ki, həm yaşlılar, həm uşaqlar, bir sözlə, bu problemi yaşayan hər kəs üçün keçərlidir. Əvvəl dırnağın müalicəsi üçün 7-8 ay, bəzən 1 il vaxt tələb edilirdi. Lazer müalicəsində xəstə çox vaxt sərf etmir. Sadəcə kurs bitdikdən sonra müəyyən vaxt keçməlidir ki, dırnaq təzələnsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayaq dırnaqları əl dırnaqlarından üç dəfə gec uzanır. Bir dırnağın tam dəyişməsi üçün bir neçə ay keçməlidir. Xəstələr nəzərə almalıdırlar ki, biz ora yeni dırnaq qoymuruq, sadəcə olaraq zədələnmiş dırnaq çıxmalıdır ki, yerinə təzəsi gəlsin. Məqsəd dırnağın mayasında olan göbələyi öldürməkdir ki, yayılmasının qarşısı alınsın. Onu da biz çox uğurla edirik".

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2052   Tarix: 10 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

hamiləlik makiyaj instagram adlarin menasi gavalinin xeyri intim seks qadın və texnologiya şirniyyat və tortlar kosmetika faydalı bilgilər maskalar azerbaycan sağlamlıq aydin sani