Diş əti xəstəliyini 4 qat artıran səbəb: infeksiya yaradır
Ağız və diş təmizliyinin kifayət qədər yerinə yetirilmədiyi hallarda diş əti narahatlıqları ortaya çıxır. Qarşısı alınmadıqda isə dişin çıxarılması ilə nəticələnə bilir. Ağrı vermədiyi üçün çox diqqət etmədiyimiz bu narahatlıq irəliləyən zamanda ürək-damar və diabet kimi əhəmiyyətli xəstəliklərə də rəvac verir. Xanim.az diş əti problemi yaradan səbəbləri sadalayır.
Siqaret
Aparılan araşdırmalar nəticəsində siqaret çəkməyin diş əti narahatlıqlarına yaxalanma riskini 4 qat artırdığı məlum olub. Həmçinin immunitet sistemində infeksiyalara səbəb olaraq antikor istehsalını azaldır, bu da diş əti xəstəliklərinin yaranmasına səbəb olur.
Bakteriya ərpi
Yemək artıqları doğru şəkildə təmizlənmədiyi zaman diş boşluqlarında bakteriyalar inkişaf edir. Bu bakteriyalar da zərərli maddələr istehsal edərək diş əti xəstəliklərinə səbəb olur.
Hormonal fərq
Hamiləlik müddətində hormonal dəyişikliklər olduğuna görə diş ətlərində qanama, həssaslıq, şişkinlik və qızarıqlıq yarana bilir.
Stress
Gündəlik həyatda qazanılan diş qıcırtma və diş sıxma kimi vərdişlər diş əti çəkilmələrinə səbəb ola bilir.
Şəkər xəstəliyi
Mütəxəssislər şəkər xəstələrinin diş əti sağlamlığı baxımından daha yüksək riskə sahib olduqlarını vurğulayır. Şəkər xəstəliyi tüpürcəkdəki azalma ilə bərabər ağız quruluğuna və damarlarda zədələrə səbəb olaraq, diş əti probleminə səbəb olan infeksiya yaradır.
Ailem.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?