Diş implantı

Diş implantıDiş implantı çənəyə implantasiya edilmiş metal ştiftdir və diş protezi bu ştiftə bərkidilir. Bu bərkidilmə üsulu konstruksiyanın qonşu dişlərlə bərkidilməsi kimi adi üsula nəzərən kifayət qədər etibarlıdır. Bundan əlavə,  bu üsul sayəsində yaxınlıqda yerləşən dişlərin yonulmasının da qarşısını alır. Diş implantlarını eyni zamanda sümükdaxili də adlandırırlar. Çünki implant çənə sümüyünə implantasiya edilir.
İmplantasiya bu hallarda edilir:
-Bir və ya bir neçə diş düşəndə;
-Bir neçə dişin olmaması;
-Cərgədə kənar dişlər yoxdursa;
-Bütün dişlər yoxdursa (tam adentiya).
Bəzi insanlar üçün diş implantı itirilmiş dişləri kifayət qədər rahat üsulla bərpa etməkdir. Bəziləri üçün isə bu, yeganə imkandır. Adətən ağız seliki xəstəliyi, protez taxarkən ürəkbulanması kimi narahatlığı olan insanlar üçün adi diş protezləri və diş körpüləri uyğun gəlmir.
Diş implantı quraşdırmadan əvvəl ağız boşluğunu "qaydaya salmaq" lazımdır. Dişləri müalicə etmək, damaq qanamasından qurtulmaq vacibdir. Bundan əlavə isə müntəzəm olaraq stomatoloqa görünmək, ağız boşluğu gigiyena qaydalarına riayət etmək lazımdır.
Diş implantları bir qayda olaraq ən azı 10-20 il qalır. Bu müddət pasientin ağız boşluğuna qulluğundan sağlamlıq vəziyyətindən, implantasiyanın keyfiyyətindən və implantın yerləşdirildiyi yerdən asılıdır. Belə ki, ön dişləri əvəz edən implantlar arxa dişləri əvəz edən dişlərə nisbətən daha az çeynəmə funksiyası yerinə yetirir və daha  uzun müddət "xidmət göstərir".
Diş implantıın özülü titandan hazırlanır. Niyə məhz titan? Birincisi, bu metal çox yüksək antikorroziya xüsusiyyətinə malikdir. İkincisi, titan bizim orqanizmimizlə bioloji uyğunluğu olan materialdır. Üçüncüsü, titan xarakteristikasına görə sümük toxumasına daha yaxındır.
Dişin xarici hissəsi bir sıra materiallardan hazırlanır. Amma onların hamısı implantı bərkitmək üçün uyğundur. Məsələn, keramika və farfor çox incə materiallardır, metalın təsiri ilə parçlana bilər. Ən uğurlu varian metallokeramikadır.
Bir qayda olaraq, diş implantı implantasiya edildikdən sonra 3-6 ay keçir və sadəcə bu müddətdən sonra titan özülə qapaqlar taxılır. Sümük və implant yarım il ərzində bitişir.
Müasir stomatologiyanın nəaliyyətlərinə əsasən, diş implantlarının tam bitişmə faizi 95-97 faiz təşkil edir. Bununla yanaşı, bəzi hallarda implantların bitişməməsi də baş verir. Bunun səbəbləri aşağıdakılardır:
-Pasientin sistem xəstəliyi (AİDS, QİÇS, şəkərli diabet, hipertoniya);
-Aşağı keyfiyyətli implantların quraşdırılması;
-İmplantasiyadan sonra həkimin məsləhətlərinə əməl etməmək (implantı həddən artıq yükləmək, ağız boşluğunun pis gigiyenası, siqaret çəkmək);
-Həkim səhvi;
Müsbət və mənfi tərəfləri:
-Dişi təbii formada bərpa etmək-implant üzərində olan protezi əsl dişdən ayırd etmək olmur. Əgər gülüş zonasında diş bərpa etmək tələb olunursa, implant ən yaxşı seçimdir.
-Qonşu dişlərin təsirinə və deformasiyasına uğramır.
-Çənə sümüyünün çeynəmə gərginliyi ortadan qalxmır, nəticə olaraq da atrofiya olmur.
-Damaqların estetik görünüşü qorunub saxlanır. Protez dişlər isə damağın iltihabı və xəstəliyinə səbəb olur.
-İmplantı zədələməkdən qorxmadan sərt qida da qəbul etmək olar.
-Dişin qalma müddəti 15-20 ildir.
-Diş implantlarına qulluq etmək bütün ağız boşluğuna qulluq etməklə eynidir. Əlavə heç bir tələb yoxdur.
Diş implantlarında fərdi əks-təsirlərin olması və prosedurun qiymətinin baha olması mənfi cəhət sayılır. Bu barədə bir az ətraflı məlumat verək.
İmplantın qiymətinə müxtəlif faktorlar təsir edir. Onlar arasında implantın hazırlandığı maddənin keyfiyyəti var.
İmplantların qalma müddəti 15 ildən çoxdur. Bununla da protez dişlərlə müqayisədə daha sərfəli və rahatdır. Bu səbəbdən implant qiyməti özü özünü doğruldur.
Müasir implantologiya üsulları sizə itirilmiş dişlərini bərpa etməyə kömək edəcək!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2642   Tarix: 01 iyun 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qadin dunyasi ana və uşaq qadin.az aciq zedelenmeler yaralar toyuq buglamasi kosmetika yemekler cinsi vətənə aid bahar qiz adlari