Diş pastası bu xəstəliyi müalicə edə bilər
Süni zəka tərəfindən dəstəklənilən bir laboratoriya robotu, diş pastasında geniş şəkildə olan bir maddənin, dərmana müqavimətli qızdırma parazitləri müalicəsində istifadə edilə biləcəyini kəşf etdi.
Kembric Universitetində reallaşdırılan bir araşdırmada, diş pastalarının içində olan triklozan komponentinin pirimetamin dərmanına dayanıqlı olan qızdırma parazitləri müalicəsində istifadə edilə biləcəyi müəyyən edildi.
Xanim.az deyerler.org-a istinadən bildirir ki, Scientific Reportda nəşr olunan araşdırma daxilində istifadə edilən və Eve adı verilən süni zəkalı robot, sürətli bir üsulla hipotezanı formula çevirərək, sınaqdan keçirib nəticə verə bilir.
Araşdırmanın rəhbəri Kembric Universitetinin doktoru Elizabet Bilsland, Evenin kəşfinin, triklozan istifadə edilərək qaraciyərdə və qanda olmaq üzrə iki istiqamətli tətbiq oluna biləcək bir dərmanın inkişaf etdirilə biləcəyini söylədi və əlavə etdi: ''Həmkarımız Evə tərəfindən edilən və triklozanın qızdırma parazitlərinə qarşı təsirli olduğunun kəşf etməso, yeni bir dərman yaratmaq üçün triklozan istifadə edə biləcəyimizi göstərir. Triklozanın etibarlı bir komponent olduğunu bilirik və ayrıca komponentin qızdırma parazitinin həyat dövrünü iki şəkildə hədəfləyə bilən xüsusiyyəti, parazitin müqaviməti artıra bilməyəcəyi mənasını verir".
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?