Doğurdanmı yağış və külək zamanı dualar daha tez qəbul olur? - Dini hədis

Doğurdanmı yağış və külək zamanı dualar daha tez qəbul olur? - Dini hədisQuraqlıq elə bir şeydir ki, hər bir zamanda və hər bir məkanda ona rast gəlmək olar. Allah bu yağışı biz insanlara bir nemət kimi nazil edər. Əgər bir yerdə quraqlıq varsa, oraya yağış yağdırmaq ancaq Allahın iradəsi ilə mümkün olar.

Sübhan Allah Adil və Rəhimdir. Nemətini insanlardan əsirgəməz. Əgər Allah hansısa bir milləti cəzalandırmaq və ya tənbeh etmək istəyərsə oraya yağış yağmasına mane olar. Bu zaman insanlar dua edərək və istiğfar edərək, bu maneəni aradan qaldıra bilərlər.

İmam Əli (ə) yağışın yağması üçün belə dua edərdi: "Allahım! Həyat bəxş edən, doyuzduran, pakizə, bərəkətli, şəffaf yağışı Öz tərəfindən bizə nazil et. O yağışı ki, bərəkətli bitkiləri, yaşıl və təravətli yarpaqları cücərdər. Zəif bəndələrinə onunla güc ver və ölmüş torpaqları onunla canlandır!".

Həqiqətdə İmam (ə) Allahdan yağış yağdırmasını xahiş edir. Bəzən yağış elə yağar ki, sel gətirər və hər yeri viran edər. Ya da soyuq havada yağdığı üçün buz bağlayar və mənfi nəticələr qoyub gedər. İmam (ə) bütün bu amilləri nəzərə alaraq, Allaha elə bir dua edir ki, xeyirli yağışın yağmasının bütün şəraitlərini zikr edir.

İmam (ə) davamında buyurur: "Allahım! Yağış yağdır ki, böyük dağlar və təpələr bizə bikti versin, ətəklərinə və dərələrinə yayılsın. Bizim bütün məmləkətimizə bol nemət bəxş etsin. Meyvələrini yığarıq, dördayaqlılarımız onunla yaşayarlar. Bizdən uzaq diyarlarda da ondan bəhrələnərlər. Kəndlərimiz ondan yardım alar. (Bütün bunları) Özünün bol bərəkətini yoxsul bəndələrinə və səhradakı vəhşi heyvanlarına inayət et!".

İmam (ə) bu duasında ümumi rəhmətini və geniş nəzərini büruzə verir. Çünki uzaq və yaxın diyarları da nəzərə alır. Dördayaqlı və vəhşi heyvanları da nəzərə alır. Onun bu duası hamıya şamil edilir.

İmam (ə) buyurur: "(Yağış mərhəmət et ki) quraqlıqda olanlar nemətə çatsınlar. Onun bərəkətindən canlansınlar. Çünki ümidsizlikdən sonra bu Sənsən ki, yağışı yerə endirirsən. Rəhmətini yayırsan. Sən sitayişə layiqsən".

Yağış namazı

Əhli-beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, yağış namazından əvvəl gərək üç gün oruc tutasan. Üçüncü günü hamı oruc halda bayıra çıxmalı və şəhərdən çıxmalıdır. Fitr namazı kimi 2 rükət namaz qılarlar. Sonra Allahdan yağış və rəhmət diləyərlər. Hər duadan əvvəl isə Həzrət Peyğəmbərə (s) salavat göndərərlər. İmam namazdan ayrılandan sonra yağış yağması ümidi ilə əbasını tərs üzünə çevirər. Üzü qibləyə dayanar və 100 dəfə yüksək səslə təkbir deyər. İnsanlar da onunla bir yerdə deyərlər. Sonra üzünü insanlara çevirər, sağ tərəfə çevrilər və yüz dəfə yüksək səslə "Sübhənallah" deyər. Sonra sol tərəfə çevrilər yüz dəfə yüksək səslə "Lə iləhə İlləllah" deyər. Sonra üzünü insanlara çevirər, yüz dəfə Allaha həmd deyər. İnsanlar da belə edərlər. Sonra İmam əlini səmaya qaldırar və insanlarla bir yerdə dua edər. Allahdan istəyər ki, rəhmət etsin və insanlar da İmamın duasına "Amin" deyərlər.

Hədislərdə oxuyuruq ki, uşaqlar, qocalar və hətta susuz heyvanlar da buraya gələr və ağlayarlar. Onların bu göz yaşı qəlbləri titrədər. Onlar da başqaları kimi dua edər və tövbə edərlər.

İmamın yuxarıda söylədiyi dualar da yağış namazından sonra edilən dualardır. Bu da onu göstərir ki, İmam (ə) insanlarla bir yerdə yağış namazı qılmış və sonra da dua etmişdir. Yanıqlı sözlərlə Allahdan yağış diləmişdi.

Allaha bizim diyarımıza yağdırdığı bu gözəl nemətə görə şükür edək, onun haqqını verməyə çalışaq. Naşükürlük etməyək ki, bu İlahi rəhmətdən məhrum olarıq.

oxu24.com

Xəbərlər     Baxılıb: 3710   Tarix: 18 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yemek reseptleri geyim necə seçməli toy makiyajlari kətə xiyar turşusunun hazırlanması qis geyimleri seks pozalari kosmetika burcler rəksanə baliq burcu masqalar usaq seirleri