Donald Tramp hələ ki, büdcə layihəsi ilə bağlı qərar verməyib

Donald Tramp hələ ki, büdcə layihəsi ilə bağlı qərar verməyibABŞ-da Demokrat və Respublikaçı qanunvericilər bayram həftə sonunu Floridadakı kurortunda keçirən Prezident Donald Trampın bu həftənin əvvəlində sərt şəkildə tənqid etdiyi pandemiya ilə əlaqədar mühüm yardım paketini və hökümətin büdcə layihəsini imzalayıb-imzalamayacağı maraqlandırır.
892 milyard dollarlıq koronavirus yardım paketinin daxil olduğu 2.3 trilyon dollarlıq büdcə layihəsi Trampın imzalaması üçün Vaşinqtondan onun Mar-a-Laqo klubuna göndərilib. Tramp qanun layihəsini veto edəcəyini birbaşa deməsə də, onun aylardır davam edən danışıqlar nəticəsində həm Nümayəndələr Palatası, həm də Senatın təsdiq etdiyi büdcə layihəsini "biabırçılıq" adlandırması hər iki partiyadan qanunvericiləri təəccübləndirib.
Tramp yardım paketində xüsusi maraqlara və xarici yardıma çox pul ayrıldığını və amerikalılar üçün nəzərdə tutulan 600 dollarlıq birbaşa ödəmələrin 2000 dollaradək artırılmalı olduğunu söyləyib. Bu isə onun mənsub olduğu və Demokratların daha böyük ödəmə tələblərinə müqavimət göstərən Respublikaçılar partiyasının üzvlərinə qarşı narazılıq kimi görünür.
Əgər Tramp büdcə layihəsini imzalamasa, ABŞ hökuməti çərşənbə axşamı qismən bağlana bilər. Konqres bazar ertəsi ənənəvi Milad tətilini yarıda kəsərək işə geri dönməyi və bu çıxılmaz vəziyyət həll olunanadək hökümətin əlavə bir neçə gün və ya həftə maliyyələşdirilməsini təmin etmək üçün müvəqqəti tədbir görməyi planlaşdırır.
Nümayəndələr Palatasının üzvlərinin həmçinin bazar ertəsi Trampın ölkənin müdafiə proqramlarına ayırılan 740 milyard dollarlıq büdcə layihəsinə qoyduğu vetonu ləğv etmək üçün səsvermə keçirəcəyi nəzərdə tutulub. Əgər Nümayəndələr Palatasındakı səsvermə nəticə versə, Senatda da çərşənbə axşamı səsvermə keçirilə bilər. Prezidentin vetosunu ləğv etmək üçün Konqresin hər iki palatasının üzvlərinin üçdə-ikisi bunun lehinə səs verməlidir.
Tramp müdafiə layihəsinin bir neçə hissəsini tənqid edib və heç bir izahat vermədən bu büdcə layihəsinin Çinə fayda gətirdiyini iddia edib və Konfederasiya liderlərinin şərəfinə adlandırılan hərbi bazaların adlarının dəyişdirilməsinə çağıran müddəaların çıxarılmasını tələb edib.
O həmçinin sosial media şəbəkələrini istifadəçilərin yerləşdirdikləri məzmuna görə məhkəməyə verməyi asanlaşdıran müddəanın əlavə olunmasını tələb edib.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın vetosunu "qoşunlarımıza zərər verən son dərəcə heyrətləndirici ehtiyatsızlıq" adlandırıb.
Lakin Pelosi Trampın müəyyən gəlir səviyyəsindən aşağı olan bütün amerikalılara 2000 dollarlıq ödəmələrin verilməsinə dair çağırışını dəstəkləyib.
Pelosi bazar ertəsi bununla bağlı bir başqa səsvermənin keçirilməsini tələb etməyi planlaşdırdığını elan edib. Məsələnin Demokartların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında səsvermədən keçəcəyi gözlənilsə də, Respublikaçıların nəzarət etdiyi Senatdan keçməsi gözlənilmir.
Ağ Ev president Milad bayramı zamanı qrafikinin detallarını paylaşmasa da, bildirib ki, "Prezident Tramp yorulmadan Amerika xalqı üçün işləməyə davam edəcək. Onun iş qrafikinə bir çox iclaslar və telefon danışıqları daxildir."
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1392   Tarix: 27 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi