Dörd yaşlı "coğrafiya müəllimi" - Azərbaycanda daha bir vunderkind - VİDEO

Dörd yaşlı "coğrafiya müəllimi" - Azərbaycanda daha bir vunderkind - VİDEOMəsələn, beş yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır. Ancaq haqqında bəhs edəcəyimiz vunderkind elə öz ölkəmizdə - Salyan rayonunun Noxudlu kəndində yaşayır. Cəmi dörd yaşı var Turan Novruzovun atası həmin kənddə tarix müəllimidir. Turan ölkələrin paytaxtlarını, materik və qitələri, ölkələrin bayraqlarını bilir və tanıyır. Ən qəribəsi budur ki, qəhrəmanımız bayraqları görmədən təsvir etməyi də bacarır. Məsələn, ölkənin adını demək kifayət edir ki, həmin bayrağı təsvir etsin.

Turanın başqa bir özəlliyi isə bildiklərini öyrətmək istəyidir. Özündə bir yaş kiçik qardaşı Uğur Novruzov da artıq Turanın bildiklərini mənimsəməyə başlayıb.

Xanim.az ölkə.az-a istinadən xəbər verir ki, ataları Əli Novruzov deyir ki, artıq bir ilə yaxındır oğlu ilə məşğul olur, ona bildiklərini öyrədir:

"Turan xaraktercə özünə qapalı uşaqdır. Ancaq çox güclü zehni var. Məsələn, ən çətin adı olan ölkənin paytaxtını iki-üç cəhdə öyrənir. Özünün də meyli, marağı var. Kiçik oğlum Uğur isə mənim Turana öyrətdiklərimi öyrənir".

Ə.Novruzovun ən böyük arzusu övladlarına yaxşı təhsil verə bilməkdir:

"İş elə gətirdi ki, mən ali təhsil alıb rayona qayıtdım. Çünki Qubadlıdan məcburi köçkün düşəndən Salyanda məskunlaşmışıq. Amma istərdim ki, övladlarımın daha böyük uğur qazanması üçün onlara yaxşı təhsil verim. İndiki halda əlimdən gələn bildiklərimi onlara öyrətməkdir. Bəzən elə şeylər olur ki, birlikdə öyrənirik. Fikrimcə, vətənə təkcə əsgər deyil, həm də savadlı gənclər yetişdirmək lazımdır. Çünki istənilən peşə sahibi üçün savad, bilik vacibdir".

Qeyd edək ki, Salyanın Noxudlu kəndində məskunlaşmış Novruzovlar ailəsi əslən Qubadlı rayonunun Mahruzlu kəndindəndir.

Xəbərlər     Baxılıb: 1578   Tarix: 10 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

turlar.az

aksessuarlar toy makiyajlari donlar 2026 nişan geyim modelləri pəhriz diet bürclər iyun 2026 tut aragi haqqinda kosmetika qızlıq pərdəsi sac duzumleri bayatı irem derici atalar sözü