Döşəməli aş

Döşəməli aş Döşəməli aşƏrzaqlar:

5 st uzun düyü

1 ədəd doğranmış toyuq

500 q təmizlənmiş şabalıd

3 ədəd soğan

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta Hazırlanması:

Soğanı xırda doğrayıb üstünə duz töküb əlimiz ilə əzirik.

Döşəməli aşYuyulub suyu süzülmüş toyuq ətinin üstünə soğanı,alça turşusunu duzu və istiotu əlavə edib qarışdırırıq. Aşı bişirməmişdən bir gün qabaq toyuğu turşulayanda daha da dadlı olur.

Döşəməli aşTəmizlənib yuyulmuş kişmiş ilə qaysını yağda qovururuq.

Döşəməli aşTurşu yumşaq olsun deyə 10 dəqiqə qaynar suda saxlayırıq.

Döşəməli aşTurşunu da yağda qovururuq.

Döşəməli aşŞabalıdın qabıqlarını təmizləyirik. Bax. Şabalıdın qabığının təmizlənməsi. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.

Döşəməli aşBöyük qazana su töküb qaynadırıq. Qaynayan suya duz əlavə edirik. ( 7 litirlik qazana 3 x.q duz tökülür) Su duzlu olur ki, düyü xırdalanmasın həm də şit olmasın. Yuyulmuş düyünü qaynayan suya töküb qarışdırırıq.

Döşəməli aşDüyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.

Döşəməli aşQazmağı hazırlayaq. Qatıq ilə yumurtanı qarışdırırıq.

Döşəməli aşQazana az yağ tökürük əridirik. Ərimiş yağın üstünə az düyü tökürük. Yumurta ilə qatığın qarışığını qazanın dibinə töküb düyü ilə qarışdırıb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.

Döşəməli aşÜstünə az düyü əlavə edirik.

Döşəməli aşBir tərəfə turşulanmış toyuğu, digər tərəfə isə şabalıdı yığırıq.

Döşəməli aşÜstünə düyünü əlavə edirik. Turşuları da düyünün içinə dəm almağa qoyuruq.

Döşəməli aşQalan düyünü üstünə töküb yağ verib dəmə qoyuruq. Qazanın altına qalın dəmir ya da tava qoyuluq ki, qazmaq yanmasın. Qazanın qapağına təmiz dəsmal qoyuruq ki, düyü dəm alanda suyu içinə tökülməsin.

Döşəməli aşDöşəməli aşAş 2 saat dəmdə qalmalıdır. Qazmaq tutanda aş hazırdı. Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq, ət və  şabalıd qoyulur, kişmiş, qaysı, turşu düzülür və yağ tökülür.

Döşəməli aşNuş olsun!

Mətbəx     Baxılıb: 9571   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

makiyaj etmek qaydalari kosmetika mehsullari yay kolleksiyasi kişi dünyası badimcan salati xiyar tursusunun hazirlanmasi qaydasi 2026 gəlinliklər kosmetika hakisda qogal porno şirin qoğal yuxuda qara ilan gormek