Dovğa
Ərzaqlar: 
3 lt qatıq
1 ədəd yumurta
2 x.q un (dolu olmasın)
1/2 st yumru düyü
4 dəstə göyərti (1 dəstə ispanaq, 2 dəstə keşniş,
1 dəstədən az şüyüd, 1 dəstədən az nanə,)
(əgər nanə olmasa, quru nanədən də istifadə edə bilərsiniz)
Duz (zövqə görə)
Qeyd: Azərbaycan mətbəxində dovğaya zövqə görə müxtəlif göyərtilər vurulur: İspanaq, turşəng, kəvər, keşniş, şüyüd, dağ keşnişi, nanə, kərəviz, şirin bibər yarpağı, ağ cuğundur yarpağı, cincilim, tərpətöyün, sarımsaq yarpağı, quzu qulağı və s. Bu göyərtilərə görə də dovğaların təamları müxtəlif olur.
Hazırlanması:
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Qatığa yuyulmuş düyünü, yumurtanı, unu və az duzu əlavə edib, setka qaşıqla çalırıq. Setka qaşıqla çaldıqda qatıq yaxşı açılır.
Qatığa təxminən öz ölçüsü qədər su tökürük. Hazırladığımız ayranı qazın üstünə qoyuruq. Taxta qaşıqla qarışdırırıq.
Düyü bişəndə ayran yavaş- yavaş qaynamağa başlayanda göyərtini tökürük və qarışdırırıq.
Göyərtini tökdükdən sonra zövqə görə duzunu da əlavə edirik və təxminən 15-20 dəqiqə də qarışdırıb götürürük. (Əgər quru nanə tökmək istəyirsinizsə onda quru nanəni göyərtini tökdükdən sonra əlavə etmək lazımdır)
(Dovğaya istəsəniz zövqə görə az kərəviz qurusu da tökə bilərsiniz. Onda daha da ləzzətli olur)

Nuş olsun!









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri