Doyunca yatmamaq sağlamlığa mənfi təsir edə bilər

Doyunca yatmamaq sağlamlığa mənfi təsir edə bilərBir çox insanlar doyunca yatmırlar və düşünürlər ki, həftə sonu kifayət qədər yata biləcəklər. Lakin bu belə deyil. Yuxunun kifayət qədər olmaması sağlamlığa mənfi təsir göstərə bilər.
Yaxşı və sağlam yuxudan daha yaxşı nə ola bilər? Bəs kifayət qədər yuxu almadığınız zaman bədəninizdə nə baş verir? Bir neçə yuxusuz gecənin əhəmiyyəti varmı?
Publika.az xarici KİV-lərə istinadla bu suala cavab verməyə çalışıb.
Orta hesabla, böyüklər üçün gecə yuxusu 7-9 saat, uşaqlar üçün 12 saat, yeniyetmələr üçün isə 9 saat təşkil edir. İnsan orqanizmi yuxu üçün ayrılan vaxtdan immun sisteminin gücləndirilməsi, toplanan məlumatın emal edilməsi və yeni günə başlamazdan əvvəl yenidən işə başlamaq üçün istifadə edir. Yuxusuz qaldıqda bütün bu və bir çox digər funksiyalar pozulur.
İnsan orqanizmində yuxu yetərsizliyi səbəbindən bunlar baş verir:
İmmun sisteminin zəifləməsi. İnsanın immun sistemi bədəni infeksiyalardan və xəstəliklərdən qorumağa həmişə hazır olan bir ordunu xatırladır. Ordu kimi, immun sisteminizə də müdafiəni gücləndirmək üçün vaxt lazımdır. Siz yatdığınız zaman immun sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən anticisimlər və tsitokinlər kimi maddələr yaradır.
Ürək problemləri. Ürək-damar xəstəliklərinə gəlincə, qısamüddətli və ya uzunmüddətli yuxu ürəyinizə mənfi təsir göstərə bilər. Hər gecə 5 saatdan az və ya 9 saatdan çox yatdıqda, ürək xəstəliyi, insult riskini artırırsınız.
Yüksək şəkərli diabet xəstəliyi riski. Yuxu yetərsizliyi, həmçinin orqanizm tərəfindən kifayət qədər insulin — qanda şəkərin səviyyəsini aşağı salan hormonun istehsal edilməsinə mane olur. Bu, şəkər səviyyəsinin kəskin sıçrayışına səbəb ola bilər ki, bu da 2 tip şəkərli diabetin inkişaf riskini artırır.
2015-ci ildə aparılan araşdırmada alimlər insulin səviyyəsini normal saxlamaq üçün 7-8 saat yuxunun kifayət etdiyi qənaətinə gəliblər.
Düşüncə ilə bağlı problemlər. Əgər kifayət qədər yuxu almırsınızsa, zehniniz ilə bağlı problemlər yarana bilər. Yaddaş, problemləri həll etmə bacarıqları və hətta yaradıcılıq qabiliyyəti yalnız bir gecəlik yuxusuzluq səbəbindən çox zəifləyə bilər.
Çəki artımı. Gecə saatlarında qəlyanaltı etmək normal olsa belə, yuxusuzluq gecə saatlarında qəlyanaltıların adi hala çevrilməsinə səbəb ola bilər.
Yuxu çatışmazlığı beynin aclıq və toxluq hisslərinə nəzarət edən hormonların istehsalına təsir edir. Yuxu yetərsizliyi leptin (beyninizə tox olduğunuzu bildirən hormon) səviyyəsinin aşağı düşməsinə və qrelin (aclıq hissinə səbəb olan hormon) səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da yatmazdan əvvəl qəlyanaltı etmək lazım olduğuna gətirib çıxarır.

Sağlamlıq     Baxılıb: 1826   Tarix: 13 aprel 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

gözəllik məhsulları hamiləlik geyim necə seçməli oxucu mektubu testlər anaya aid atalar sozu kartof qizartmasi hazirlanmasi kosmetika novruz hakistasi paxlava nagillar rus dilini öyrənək 2 ci dərs toy gecesi