Dünyada dərman reseptləri necə yazılır. Maraqlı məlumat

Dünyada dərman reseptləri necə yazılır. Maraqlı məlumatSəhiyyə Nazirliyi "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar hazırlayır. Yeni qaydalara görə, həkimlər resept yazarkən konkret preparatın adını yox, təsiredici maddənin adını yazacaqlar.
Apteklərdə reseptə əsasən xəstəyə seçim üçün tərkibində bu təsiredici maddə olan bir neçə preparat təklif olunacaq. Preparatların qiymətləri çox fərqlənə bilər. Bu preparatı istehsal edən ölkədən və bir çox digər amillərdən asılıdır. Lakin bu preparatların tərkibi və orqanizmə olan təsiri eynidir.
Dünyanın bir çox ölkələrində dərman reseptləri məhz bu qayda ilə yazılır. Reseptdə dərmanın beynəlxalq patentləşməmiş adı göstərilir. Aptekdə isə əczaçı xəstəyə seçim üçün bir neçə preparat təqdim edir. Bir çox ölkələrdə əczaçı xəstəyə ilk növbədə ən ucuz preparat təklif etməlidir.
Ümumiyyətlə bütün dünyada səhiyyə çoxdan qənaət rejiminə keçib. Brend dərmanların (bizdə bu preparatlara "firma dərmanları" deyilir) yerinə daha tez-tez bu dərmanların daha ucuz variantları seçilir. Belə dərmanlar "generiklər" ("ceneriklər") adlanır. Lakin onların qiymətinin ucuz olması heç də keyfiyyətinə təsir etmir. Sadəcə bu patent müddəti qurtarmış daha "köhnə" preparatlardır. Yeni preparatların qiymətinə tibbi araşdırmaların, reklamın və s. xərcləri daxildir. Bu isə, təbii ki, preparatın satış qiymətini artırır. Generiklərdə bunlar yoxdur və bu səbəbdən generiklər daha ucuzdur. Demək olar, bütün Avropada və ABŞ-da generiklərin istifadəsi çox yayılmış praktikadır. Həmçinin, qaydalara əsasən, əczaçılar da xəstələrə ilk növbədə məhz generikləri təklif etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1144   Tarix: 05 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaşı 35-dən çox olanların NƏZƏRİNƏ

Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni araşdırma göstərir ki, kişilərdə risk artıq 35 yaşdan etibarən artmağa başlayır və bu proses qadınlarla müqayisədə təxminən on il daha erkən baş verir

.

Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik

Sağlam qidalanmaya diqqət artdıqca, hansı ət növlərinin daha zərərli olduğu məsələsi də tez-tez araşdırılır. Bir çox insan toyuq və ya hinduşka ətinin sağlamlıq riskləri haqqında məlumat axtarsa ​​da, mütəxəssislər əsl riski

.

Sudan sonra ən sağlıqlı içki AÇIQLANDI

Sağlam həyatın təməl daşı olan su istehlakı bədənin tarazlığını qorumaq üçün çox vacibdir. Bununla belə, su ilə birlikdə qəbul edilən içkilər də sağlamlıqda mühüm rol oynayır. Dietoloqlar və tədqiqatçıların qiymətləndirmələrin

.

Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?

Elm dünyası bağırsaqların bədənin geri qalanı ilə necə qarşılıqlı əlaqədə olduğu barədə hər gün yeni məlumatlar əldə edir. Hər yeni kəşflə mütəxəssislər də qidalanma tövsiyələrini yeniləyirlər.  xəbər verir ki, həftədə 3

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

.

Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir araya gəldikdə bədən üçün əsl "təmizlik süpürgəsi" rolunu oynayır. Bu ikili xüsusilə damarların keçiriciliyini artırmaq və öd yollarını safrada

.

Qışda çəki atmaq istəyənlərə 5 məsləhət

Bədən isinmək üçün daha çox enerji (kalori) tələb edir, bu da iştahın artmasına səbəb olur. Günəş işığının azalması yağ depolanmasını tətikləyir. Xoşbəxtlik hormonunun düşməsi bizi "duyğusal aclığa" və karbohidratlar

.

30 gün gül yağı qoxlayın, faydası çoxdur

Alimlər gül efir yağının insan beyninə təsirini araşdıran maraqlı tədqiqatın nəticələrini açıqlayıblar. xəbər verir ki, araşdırmaya görə, 30 gün ərzində müntəzəm şəkildə gül yağı qoxusuna məruz qalan şəxslərdə beyin quruluşund

.

13 növ xərçəng riski - Şirniyyatsevərlər diqqət

Şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, usiyalı onkoloq Vladimir İvaşkov bildirib ki, rasionda şəkərin çox olması xərçəng xəstəliklərinin ən azı 13 növünün yaranma riskin

turlar.az

hamilelikde qidalanma toy gecesi qis geyimləri 2026 ev ve dizayn sifahi xalq ədəbiyyatı ərzaqlar şəxsi inkişaf kosmetika lakonizm oxu az novruz bayramı haxışta hakisda novruz bayramina aid hakistalar