Dünyada ən faydalı məhsullardan biri - KƏTAN TOXUMU

Dünyada ən faydalı məhsullardan biri - KƏTAN TOXUMUHələ dahi Hippokrat soyuqdəymə və iltihablar zamanı kətan toxumunun dəmləməsini içməyi tövsiyə edirdi.
Kətan toxumu unikal kimyəvi tərkibə malikdir. Onun tərkibində olan nadir liqnan maddələri orqanizmə güclü antioksidant, virus və iltihabəleyhinə təsir edir, xərçəng şişlərinin inkişafının riskini azaldır.
Kətan toxumu sümüklərin sağlamlığı üçün çox faydalıdır - sümüklərin normal böyüməsi və inkişafını təmin edir. Bu xüsussiyyətə görə mütəxəssislər kətan toxumunu uşaqlara verməyi tövsiyə edirlər.
Saglamolun.Az bildirir ki, kətan toxumu qanda xolesterinin miqdarını aşağı salır, ürək və damarların sağlamlığı üçün çox faydalıdır.
Kətan toxumunun tərkibində möcüzəvi Omeqa-3 maddəsi var ki, bu maddə damarlarda trombların əmələ gəlməsinin riskini azaldır və bununla da insult və infarktan qoruyur.
Həmçinin Omeqa-3 əsrimizin bəlası olan depressiyanı müalicə etməyə yardım edir.
Kətan toxumu maddələr mübadiləsini yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, orqanizmi şlak və toksinlərdən təmizləyir.
Kətan toxumu klimaks dövründə olan qadınların vəziyyətini xeyli yaxşılaşdırır.
Kətan toxumunun daim istehlakı dərinin vəsiyyətini yaxşılaşdırır, dərini daha cavan və elastik edir. Kətan toxumu ilə üz maskaları əla effekt verir. 1 x.q. üyüdülmüş toxum az miqdarda qatıq (yağlı dəri zamanı) və ya xama (quru dəri zamanı) ilə qarışdırırlır, dəriyə çəkilir, 20 dəqiqədən sonra yuyulur.
Öskürək, bronxit zamanı kətan toxumunun dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir.
Kətan toxumunu əzib və ya üyüdüb istənilən qidalara, salatlara və s. əlavə etmək olar. Qatığa əlavə olunmuş kətan toxumu tanınmış arıqladıcı vasitədir.
Diqqət! Mütəxəssislər hamilə qadınlara və bağırsaq keçirməməzliyindən əziyyət çəkənlərə kətan toxumunu qəbul etməyi tövsiyə etmirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2237   Tarix: 25 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

turlar.az

donlar 2026 maskalar geyim necə seçməli cinsi elaqe bagirsaqlari temizlemek ucun erotik geyim yay donlari kosmetika rus dili baldiza aid veten haqqinda atalar sozleri rus dilini öyrənək itburnu