Dünyada ən güclü ağrılardan biri - KİŞİ MİQRENİ

Dünyada ən güclü ağrılardan biri - KİŞİ MİQRENİKlaster baş ağrıları əksər hallarda (təxminən 80%) kişilərdə müşahidə olunur.
Bu səbəbdən bu ağrıların digər adı "kişi miqreni"dir. Klaster baş ağrıları intensivliyinə görə dünyada ən güclü ağrlardan biri sayılır. Nadir hallarda olsa da belə ağrılardan əziyyət çəkən insanlar özünə xəsarət yetirir (başını divara vurur, başına hər hansı əşya ilə zərbələr vurur və s.) və hətta intihar edirlər.
Klaster baş ağrılarından adətən 20-50 yaşları arasında kişilər əziyyət çəkir.
Saglamolun.az bildirir ki, klaster baş ağrılarının səbəbi sona qədər məlum olmasa da, mütəxəssislər onu beyinin hissəsi olan hipofizlə əlaqələndirirlər.
Klaster baş ağrısının tutmasına təkan verən amillər: stres, siqaret çəkmək, qaydasız şəkildə qida qəbulu, yuxunun az olması, yuxusuzluq, gərgin iş, mövsümlərin dəyişilməsi, soyuq və s.
Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında, adətən eyni vaxtda başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı olur, nəbz kimi vurur. Ağrı baş və üzün bir yarısında olur. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Ağrı kəskin artır və 5-10 dəqiqə ərzində maksimuma çatır, sonra isə azalmağa başlayır. Xəstə çox narahat, həyacanlı olur, özünə yer tapa bilmir.  
Ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrarlanır. Ağrı iztirabı 15 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilər.
Klaster baş ağrısı insult və ya digər fəsadlara səbəb olmur. Ancaq bu ağrılar insana xeyli əziyyət verir. Ona görə kalster baş ağrılarından əziyyət çəkənlər mütləq nevropatoloq və ya nevroloqa müraciət etməli və lazım olan müalicə almalıdır. Adətən düzgün seçilmiş müalicə yaxşı effekt verir, ağrıların intensivliyini və tutmaların tezliyini xeyli azaldır.
Həmçinin klaster baş ağrılarını provokasiya edən faktorlardan da (siqaret, stres və s.) uzaq olmaq, kifayət qədər yatmaq və dincəlmək, vaxtı-vaxtında qidalanmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 18 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama