Düşməni pərən-pərən salan iki hərbçimiz qol-boyun şəhid olub - VİDEO

"Həmin döyüşdə erməni əsgərlərinin çoxu qaçmışdı, bir erməni əsgəri qaçmadığına görə, Sarkisyan ona milli qəhrəman adı vermişdi"

Keçən ilin aprelində erməni təxribatının qarşısını alarkən şəhid olan Babək Vəfadar oğlu Abidovun il mərasimi dünən, onun doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində qeyd olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin idarə rəisi, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun ucqar dağ kəndi olan Zeyvədə anadan olub. Şəhidin atasi Vəfadar Abidov oğlu haqqında xatirələrini danışıb: "O, sonbeşiyim idi. Hərbi xidmətə gedəndə çox sevinirdi. Hərbi xidmətini Göygöl rayonunda layiqincə başa vurmuşdu. Mənim ən böyük arzum ona ali təhsil vermək və onu müəllim görmək idi. Hərbi xidmətdən qayıdandan sonra Babək oxuyub müəllim işləməyə razılaşmadı. Dedi ki, mən yenidən hərbiyə qayıdıram və vətənim üçün son nəfəsimə qədər vuruşmağa hazıram".

"Bir ili bitməmiş komandirindən təşəkkürnamə gəlmişdi. Rəhbərlik təklif etdi ki, xüsusi təyinatlı dəstədə təhsilini davam etdirsin. Altı ay kurs keçəndən sonra oğlumu gizir rütbəsi ilə təltif elədilər" — deyir ata.

V. Abidovun sözlərinə görə, hətta avqust döyüşlərində belə, Babək ön cəbhədə vuruşmuşdu: "Ermənilərlə döyüşdə iş yoldaşi Nəzər adli gizir minaya düşərək yaralanıb və atışma getdiyinə görə yaralını oradan götürmək qeyri-mümkün olub. Çünki dar cığırlar qazıldığına görə hərbi texnika gedə bilmirmiş. Babək bunu görüb və öz "Niva" markalı maşınıyla atışmanın ortasına sürüb, oradan düşmən tərəfinə keçib. Yaralını maşına qoyub qayıdanda ermənilər onları atəşə tutublar. Buna baxmayaraq, Babək və yoldaşı xilas ola biliblər. Sonra Babək yoldaşını hərbi hospitala çatdırıb və onun həyatını xilas edib".

Abidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar.

Ötən il aprel ayının əvvəllərində cəbhədə erməni təxribatı baş verir. Həmin vaxt Babək Talış kəndi istiqamətində xidmət edirmiş. Cəbhə xəttində mövqelərimizə basqın edən erməni silahlılarını geri oturdan Babək və döyüş yoldaşları, düşməni təqib edərək, bir postu ələ keçiriblər.

Bu əsnada gizir Abidovun döyüş yoldaşı ağır yaralanır: "Babək görüb kü, xidmət yoldaşı yaralanıb və heç nəyi düşünmədən onu xilas etməyə qayıdıb. Bu zaman 12 mərmi yarası alıb və dostu ilə qol-boyun şəhid olublar".

"Həmin xətt uğrunda döyüşlərdə erməni əsgərlərinin çoxu qaçmışdı, bir erməni əsgəri qaçmadığına görə, Ermənistan prezidenti ona milli qəhrəman adı vermişdi. Mənim oğlum, əslində bütün xalqımızın oğludur, son nəsəfinə, son damla qanına qədər vuruşdu" deyən V. Abidov oğluna da "Milli qəhrəman" adı verilməsini gözləyir.

Babəkin anası Simnarə Abidova oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi. Babəksiz bu bir ilin onlar üçün nə qədər ağır keçdiyini anlatmaqda çətinlik çəkdi: "Oğlum son dəfə zəng vuranda elə bil ürəyinə dammışdı. Dedi ki, "ana, haqqını hala elə, özünüzdən muğayat olun". Biz Babəkin o sözlərindən çox təsirləndik. Üç gün narahatçılıq keçirdim. İçimdə özümdən asılı olmayaraq bir narahatçılıq, nəsə ağrı vardı. Deməli, bu, Babəkin yaralarının ağrısı imiş. Mən ona yaxın vaxtlarda nişan aparacaqdım".

"Bir gün Babək gəldi və məni, bacılarını başına yığıb söylədi ki, "sizə bir xəbərim var, artıq ürəyimdə saxlaya bilmirəm. Ağdamdan bir qızı sevirəm. Amma hələ torpaqların alınmasını gözləyirəm, sonra toy edəcəm". Babəkin sevdiyi qız da deyir ki, o, həmişə şəhidlikdən danışırmış. Deyirmiş ki, mən də o zirvəyə qalxmaq istəyirəm. Qalxdı da" — ana bildirir.

Babəkgil ailədə 4 uşaq olublar, iki bacı, iki qardaş. Abidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal"ı ilə təltif edilib.

Düşməni pərən-pərən salan iki hərbçimiz qol-boyun şəhid olub - VİDEODüşməni pərən-pərən salan iki hərbçimiz qol-boyun şəhid olub - VİDEO

Xəbərlər     Baxılıb: 1517   Tarix: 10 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

aksessuarlar toy makiyajlari donlar 2026 nişan geyim modelləri pəhriz diet bürclər iyun 2026 tut aragi haqqinda kosmetika qızlıq pərdəsi sac duzumleri bayatı irem derici atalar sözü