Düyü bişirəndə suyu atmayın! Gözəllik üçün İNANILMAZ FAYDALARI
Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.
Xanim.az saglamolun.az-a istinadən bildirir ki, düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.
Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar.
Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir.
Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.
Düyü suyu saçların sağlamlığı və gözəlliyi üçün də çox faydalıdır. Bu suyla saçları yaxalayanda saçlar daha sağlam görünür və tez uzanır, parıldayır, elastik və yumşaq olur.
Düyü suyunun hazırlanması üçün düyü (uzun, yumru, qəhvəyi və s.) bişirilmiş su istifadə olunur. Suyu yaxşı süzün və 1-2 gün ərzində isti yerdə saxlayın ki, suda qıcqırma prosesi başlasın. Bu prosesin nəticəsində suyun kimyəvi tərkibi zənginləşir. Suyun dadı bir qədər turş olduqda onu şüşə qaba tökün və soyuducuya qoyun. Hazır düyü suyunu 3-4 gün ərzində istifadə edə bilərsiniz.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?