Düyü maskası ilə 15 dəqiqəyə cavnlaşın
Düyü maskası dərini inanılmaz dərəcədə dartır və cavanlaşdırır.
Düyünün tərkibində güclü antioksidant olan linol turşusu və skvalen var ki, bunlar da kollagen istehsalını stimullaşdırır.
Qırışlar kollagenin çatışmadıqda yaranmağa başlayır. Yaşla bağlı hormonal dəyişikliklər, düzgün qidalanmamaq, siqaret çəkmək kollagenin azalmasına səbəb olur.
Yapon qadınları həmişə düyüdən xüsusi maskaların hazırlanması üçün istifadə ediblər ki, bu da dəriyə parlaqlıq verir. Dərindən qidalanma, dərinin təmizlənməsi, qırışların hamarlaşması və problemli nahiyələrin dartılması – bütün bünları dəriyə düyü maskası bəxş edir.
Tərkibi:
• 3 x. q. düyü;
• 1 x. q. süd;
• 1 x. q. bal.
1. Düyünü bir qədər (az miqdarda) suda bişirib süzün. Düyünün həlimini saxlayın. Sonra 1 xörək qaşığı südü düyü və balla qarışdırın. Kifayət qədər qatı maska alınacaq.
2. Maskanı təmiz və quru dəriyə çəkib, düyü tam quruyana qədər saxlayın. Sonra üzünüzü düyü həlimi ilə yuyun.
Yaxşı nəticə almaq istəyirsinizsə, düyü maskasından həftədə 1 dəfə istifadə edin.
Düyü dərini yumşaq və nəmli edir, piqment ləkələrindən azad olmağa kömək edir və qan dövranını yaxşılaşdırır. Düyünün tərkibindəki antioksidantlar iltihabı dəf edir. Düyü həmçinin dərini ultrabənövşəyi şüaların təsirinindən qoruyur.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq