Düyünlü poliartritin kliniki mənzərəsi
Düyünlü poliartrit xəstəliyinin kliniki mənzərəsində xəstələrdən toplanmış anamnez durur.Xəstələrdə sarılıqla birlikdə keçən kəskin hepatit keçirmələri,virus heptiti ilə kontaktda olmaları,qanköçürmə,bəzi dərman maddələrinin qəbulu baş verdikdə poliartrit inkişaf edə bilir.Bundan başqa bəzi xəstələr poliartrit əlamətlərinin meydana gəlməsindən qabaq kəskin respirator infeksiyalar,soyuqdəymə,insolyasiya,vaksinasiya və ya psixoemosional stress keçirdiklərinin qeyd edirlər.
Xəstəlik tədricən başlayır xəstələrdə yüksək hərarət,əzələ ağrıları,dəri səpgiləri meydana çıxır,xəstələr arıqlayırlar.Xəstələrdə hərarət qeyri düzgün olur və antibiotiklər təsir etmir.Xəstələrin orqanlarında patoloji dəyişikliklər meydana gəldikdə isə temperatur aşağı düşür.Xəstələr sürətlə arıqladıqlarına görə bəzən şiş xəstəliyinə şübhə yaranır.
Düyünlü poliartrit xəstələrində mialgiya və artralgiya ağrıları üstünlük təşkil edir,böyrəklərin zədələnməsi baş verir.
Proses aktivləşdikcə xəstələrin daxili orqanlarında müxtəlif potoloji dəyişikliklər meydana çıxır.
Düyünlü artrit tez proqressivləşən formada olduqda xəstələrin böyrəklərində ağır zədələnmələr qeyd olunur.Xəstəlik kəskin gedişə malik olduqda isə xəstənin ömrü 1 il olur
Düyünlü poliartritə diaqnozun qoyulmasında aşağıdakı əlamətlər əsas götürülür:
- böyrək-polinevritil əlamətlər
- böyrək-abdominal-ürək zədələnmələri
- ağ ciyər-ürək-böyrək patologiyaları
- ağ ciyər -polinevritil zədələnmələr
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi